GECƏNİ SÜBHƏ QƏDƏR NAMAZ QILANLAR
Mьəllif: admin1
Tarix: 4-01-2022, 19:40
GECƏNİ SÜBHƏ QƏDƏR NAMAZ QILANLAR

Allah-taala “Furqan” surəsində özünün yaxşı bəndələrinin səciyyələrindən birinin gecəni sübhə qədər namaz qılmaq olduğunu qeyd edir:

“Onlar gecəni Rəbbi üçün səcdə və qiyam (namaz) halında keçirərlər”. (“Furqan”, 64.)

Belə ki, bu şəxslər gecə yarısı yuxudan oyanır, heç kəs onları görmədən, səmimi, saf niyyətlə Allahla razü-niyaz, ibadət, münacat edirlər. Həzrət Peyğəmbər (s) gecə namazını möminlərin izzəti sayaraq buyurur:

“Möminin şərəfi gecə yuxudan durub namaz qılmaq, izzəti isə başqalarından ehtiyacsız olmaqdadır” (“Bihar əl-ənvar”, c. 77, səh. 120.)

Həzrət Əli (ə) isə buyurur: “Gecəni çox yatan şəxs (yəni gecə namazı qılmasa), elə əməlləri itirmiş olur ki, onları gündüz əldə edə bilməz”. (“Ğürər əl-hikəm”, hədis. 289.)

Başqa bir hədisdə İmam Sadiq (ə) buyurur:

“Allah-taala Musa ibn İmrana buyurdu: “Ey İmranın oğlu, Məni sevdiyini güman edən, gecə qaranlığında isə gözlərini bağlayanlar (yatanlar) yalan deyirlər, (məgər dost dostu ilə etdiyi söhbətdən ləzzət almazmı?” (“Bihar əl-ənvar”, c. 13, səh. 329.)

O həzrət digər bir hədisdə gecə namazının əhəmiyyəti haqqında buyurur:

“Gecə namazını əldən vermə. Həqiqətən, gecə namazından məhrum olan şəxs ziyankardır”. (“Bihar əl-ənvar”, c. 83, səh. 127.)

Doğrudur, ayədə sözügedən “يَبِيتُونَ” ifadəsinin mənası gecəni sübhə qədər səcdə və qiyam halında sübh etməyə deyilir. Lakin, məlumdur ki, ayədə əsas məqsəd gecənin müəyyən bir hissəsini Allaha ibadət etmək nəzərdə tutulmuşdur.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930