Qurani-Kərimdən qısa və gözəl bir dua nümunəsi – Ali-İmran (8)
Mьəllif: admin1
Tarix: 26-04-2018, 09:59
Qurani-Kərimdən qısa və gözəl bir dua nümunəsi – Ali-İmran (8)
Qurani-Kərim Rəbbimizin bizə bir lütfü, hədiyyəsi, rəhmətidir. Bütün bunlar, hətta daha artığı Quranda mövcuddur. Çünki İlahi Kitab insan həyatının bütün sahələrini əhatə edir.

Bu ilahi maarifdən biri də Quranın insana rəbbi ilə dua ədəbinin, dua mərifətinin öyrətməsidir. Bəli duanın əsas şərti dua mərifətinə sahib olmaqdır. Çünki insan özünə və rəbbinə mərifət və agahlıq tapmadıqca qəlb və dil duaya gəlməz.

Quranda bir çox dua nümunələri mövcuddur. Rəbbimiz bu nümunələrlə belə insanı hidayət edir və insana ədəb, mərifət, düzgün etiqad öyrədir. Bu növ ayələrdən biri də Ali-İmran surəsinin 8-ci ayəsidir:

رَبَّنَا لَا تُزِغْ قُلُوبَنَا بَعْدَ إِذْ هَدَيْتَنَا

Rəbbəna la tuziğ qulubəna bə,də iz hədeytəna.

“Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra ürəklərimizə şəkk-şübhə (azğınlıq, əyrilik) salma. (Qəlbimizin azğınlığa düşməsinə izin vermə).”

“Təfsiri-mizanda” qeyd olunur ki, bu zikr və dua elmdə, inamda dərin mərifət (iman və Allahı tanıma) əldə edənlərin dilindən zikr edilib. Onlar elm və mərifətlərinin (iman və Allahı tanıma) təhlükəyə düşməsindən və Şeytan hiyləsindən Allaha pənah aparırlar. Çünki onlar Allahın ali məqamını bilir, öz idrakları ilə dərk edirlər.”

Ayənin mətnindən və təfsirdən əldə edilən budur ki, insan nə qədər elm və mərifət (iman və Allahı tanıma) əldə etsə bir o qədər özünü aciz və rəbbinə möhtac görür.

Uca yaradana Onun buyurduğu kimi, Quranın dili ilə dua edək !

(İslaminSesi)
Oxşar xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031