Qurani-kərimdən gözəl bir dua nümunəsi – Şüəra 84
Mьəllif: admin1
Tarix: 20-02-2022, 22:41
Qurani-kərimdən gözəl bir dua nümunəsi – Şüəra 84
Qurani-kərim Rəbbimizin bizə bir lütfü, hədiyyəsi, rəhmətidir. Bütün bunlar, hətta daha artığı Quranda mövcuddur. Çünki İlahi Kitab insan həyatının bütün sahələrini əhatə edir. Ola bilsin indi bunun hamısını görə bilmirik. Amma zaman təcrübəsi bunun həqiqət olduğunu təsdiq edir.

Bu ilahi maarifdən biri də Quranın insana rəbbi ilə dua ədəbinin, dua mərifətinin öyrətməsidir. Bəli duanın əsas şərti dua mərifətinə sahib olmaqdır. Çünki insan özünə və rəbbinə mərifət və agahlıq tapmadıqca qəlb və dil duaya gəlməz.

Qurani-kərimin dua ədəbi və bu ədəblə yanaşı insana ilahi etiqadı öyrədən ayələrdən biri də Şüəra surəsinin 84-cü ayəsidir:

وَاجْعَلْ لِي لِسَانَ صِدْقٍ فِي الْآخِرِينَ
Vəcəl li lisanə sidqin fil-axərin!

«Mənə gələcək nəsillər arasında gözəl bir ad, xatirə, doğru danışan bir dil ver».

Bu mübarək ayə İbrahim peyğəmbərin (ə) dilindən deyilən bir duadır. İbrahim (ə) öz qövmunu haqqa dəvətdən və bütpərəstlikdən çəkindirdikdən sonra rəbbinə belə dua edir. O həzrət (ə) Allah Təaladan düzdanışan dil və gələcək nəsillərə yetişəcək təmiz ad istəyir.

Ayənin həcmi kiçik olsa da mövzusu və əhatə dairəsi genişdir. Çünki insanın gələcək nəsillərə təmiz adla yetişməsi üçün insanın özünün əməllərinin, etiqadının sağlam və təmiz olması lazımdır. Bu da insanın özünün tam, bütöv şəkildə düzgün olmasını tələb edir. Yəni həzrət İbrahım (ə) peyğəmbər Allahdan tam paklığ və böyük mənəviyyat istəyirdi.

Həmçinin ayədə doğruluq (sidq) kəlməsi keçir ki, bu da (doğruluq) insanın bütün xarakter və əməllərinə nəzarət edir. Buna misal olaraq xatırladaq ki, işi oğurluq olan bir gənc Allah rəsulunun (s) yanına gəlir və tövsiyə istəyir.

Allahın Peyğəmbəri (s) gəncin kimliyini bildiyi üçün ona buyurur ki, heç vaxt yalan danışma. Cənc peyğəmbərə (s) vəd verir ki, heç vaxt yalan danışmayacaq. Sonra həmin gənc oğurluq etmək istəyəndə özünü qorumaq üçün yalan danışacağını düşünəndə bu işdən vaz keçirdi. Beləcə düzdanışan olmaq (sidqul-lisan) həmin gəncin həyatını büsbütün dəyişir.

Həyatımızın büsbütün xeyirə doğru dəyişməsi üçün həzrəti İbrahimin (ə) dili ilə dua edək və bu işdə Allahdan yardım diləyək.
Oxşar xəbərlər
«    Fevral 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
26272829