Qəm-qüssənin, qorxunun və bəlaların aradan getməsi üçün dua
Mьəllif: admin1
Tarix: 29-02-2020, 23:13
Qəm-qüssənin, qorxunun və bəlaların aradan getməsi üçün dua
Ərəbcə


يَااَبْصَرَ النَّاظِرينَ، وَ يَااَسْمَعَ السَّامِعينَ، وَ يَااَسْرَعَ الْحَاسِبينَ، وَ يَااَرْحَمَ الرَّاحِمينَ
اَللهُ رَبّي لا اُشْرِكُ، بِهِ شَيْئاً، تَوَكَّلْتُ عَلَي الْحَيِ الَّذي لايَمُوتُ
اللَّهُمَّ اِنّي اَسْئَلُكَ بِاَنَّ لَكَ الْحَمْدَ، لا اِلَهَ اِلاََّ اَنْتَ الْمَنَّانُ، بَديعُ السَّمَاوَاتِ وَالاَرْضِ، ذُوالْجَلالِ وَالاِْكْرَامِ، اَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ، وَ اَنْ تَجْعَلَ لي مِمَّا اَنَا فيهِ فَرَجَاً وَ مَخْرَجَاً
اللَّهُمَّ اِنَّكَ لايَكْفي مِنْكَ اَحَدٌ، وَ اَنْتَ تَكْفي مِنْ كُلِاَحَدٍ مِنْخَلْقِكَ فَاكْفِني كَذَا وَكَذَا
يَاكَافِياً مِنْ كُلِّ شَيْءٍ، وَلايَكْفي مِنْكَ شَيْءٌ فِي السَّمَاوَاتِ وَالاَرْضِ، اِكْفِني مَا اَهَمَّني مِنْ اَمْرِ الدُّنْيَا وَالْآخِرَةِ، وَ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ
بِاللهِ اَسْتَفْتِحُ، وَ بِاللهِ اَسْتَنْجِحُ، وَ بِمُحَمَّدٍ صَلَّي اللهُ عَلَيْهِ وَ آلِهِ اَتَوَجَّهُ، اللَّهُمَّ ذَلِّلْ لي صُعُوبَتَهُ، وَ سَهِّلْ لي حُزُونَتَهُ، فَاِنَّكَ تَمْحُو مَاتَشَاءُ، وَ تُثْبِتُ وَ عِنْدَكَ اُمُ الْكِتَابِ
حَسْبِيَ اللهُ لا اِلَهَ اِلاََّ هُوَ عَلَيْهِ تَوَكَّلْتُ، وَ هُوَ رَبُ الْعَرْشِ الْعَظيمِ، وَ اَمْتَنِعُ بِحَوْلِ اللهِ وَ قُوَّتِهِ، مِنْ حَوْلِهِمْ وَ قُوَّتِهِمْ وَ اَمْتَنِعُ بِرَبِّ الْفَلَقِ مِنْ شَرِّ مَا خَلَقَ، وَ لا حَوْلَ وَ لا قُوَّةَ اِلاََّ بِاللهِ
اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ، وَاغْفِرْلي وَارْحَمْني، وَزَكِ عَمَلي، وَ يَسِّرْ مُنْقَلَبي وَاهْدِ قَلْبي، وَ آمِنْ خَوْفي، وَ عَافِني في عُمْري كُلِّهِ، وَ ثَبِّتْ حُجَّتي، وَ اغْفِرْ خَطَايَايَ، وَ بَيِّضْ وَجْهي، وَاعْصِمْني في ديني، وَ سَهِّلْ مَطْلَبي، وَ وَسِّعْ عَلَيَّ في رِزْقي، فَاِنّي ضَعيفٌ، وَ تَجَاوَزْ عَنْ سَيِّيِ مَا عِنْدي بِحُسْنِ مَا عِنْدَكَ، وَلاتَفْجَعْني بِنَفْسي، وَلاتَفْجَعْ لي حَميماً، وَهَبْ لي يَا اِلَهي لَحْظَةً مِنْ لَحَظَاتِكَ، تَكْشِفُبِهَا عَنّي جَميعَ مَابِهِ ابْتَلَيْتَني، وَ تَرُدُّبِهَا عَلَيَّ مَا هُوَ اَحْسَنُ عَادَتِكَ عِنْدي، فَقَدْ ضَعُفَتْ قُوَّتي، وَ قَلَّتْ حيلَتي، وَانْقَطَعَ مِنْ خَلْقِكَ رَجَائي، وَ لَمْ يَبْقَ اِلاََّ رَجَاؤُكَ، وَ تَوَكُّلي عَلَيْكَ، وَ قُدْرَتُكَ عَلَيَّ يَا رَبِّ اَنْ تَرْحَمَني وَ تُعَافِيَني، كَقُدْرَتِكَ عَلَيَّ اَنْ تُعَذِّبَني وَ تَبْتَلِيَني، اِلَهي ذِكْرُ عَوَايِدِكَ يُؤْنِسُني، وَ الرَّجَاءُ لاِِنْعَامِكَ يُقَوّيني، وَ لَمْ اَخْلُ مِنْ نِعَمِكَ مُنْذُ خَلَقْتَني فَاَنْتَ رَبّي وَ سَيّدِي، وَ مَفْزَعي وَ مَلْجَاي، وَ الْحَافِظُ لي وَالذَّابُ عَنّي، وَالرَّحيمُ بي وَ الْمُتَكَفِّلُ بِرِزْقي، وَ في قَضَائِكَ وَ قُدْرَتِكَ كُلُّ مَا اَنَا فيهِ، فَلْيَكُنْ يَا سَيِّدي وَ مَوْلايَ، فيمَا قَضَيْتَ وَ قَدَّرْتَ وَ حَتَمْتَ، تَعْجيلُ خَلاصي مِمَّا اَنَا فيهِ جَميعِهِ، وَالْعَافِيَةُ لي فَاِنّي لا اَجِدُ لِدَفْعِ ذلِكَ اَحَداً غَيْرَكَ، وَلا اَعْتَمِدُ فيهِ اِلاََّ عَلَيْكَ، فَكُنْ يَاذَا الْجَلالِ وَالاِْكْرَامِ عِنْدَ اَحْسَنِ ظَنّي بِكَ، وَ رَجَائي لَكَ، وَارْحَمْ تَضَرُّعي وَاسْتِكَانَتي، وَ ضَعْفَ رُكْني، وَ امْنُنْ بِذلِكَ عَلَيَ، وَ عَلَى كُلِّ دَاعٍ دَعَاكَ، يَا اَرْحَمَ الرَّاحِمينَ، وَ صَلَّي اللهُ عَلَى مُحَمَّدٍ وَ آلِهِ
بِسْمِ اللهِ وَ بِاللهِ وَ مِنَ اللهِ، وَ اِلَي اللهِ وَ في سَبيلِ اللهِ، وَ عَلَى مِلَّةِ رَسُولِ اللهِ، صَلَّي اللهُ عَلَيْهِ وَ آلِهِ، اللَّهُمَّ اِلَيْكَ اَسْلَمْتُ نَفْسي، وَ اِلَيْكَ وَجَّهْتُ وَجْهي، وَ اِلَيْكَ اَلْجَاْتُ ظَهْري، وَ اِلَيْكَ فَوَّضْتُاَمْري، اللَّهُمَّ احْفَظْني بِحِفْظِ الاْيمَانِ،مِنْ بَيْنِ يَدَيَ، وَ مِنْ خَلْفي، وَ عَنْ يَميني وَ عَنْ شِمَالي، وَ مِنْ فَوْقي وَ مِنْ تَحْتي وَ مَا قِبَلي، وَادْفَعْ عَنّي بِحَوْلِكَ وَ قُوَّتِكَ، فَاِنَّهُ لا حَوْلَ وَلاقُوَّةَ اِلاََّ بِك
يَا كَائِناً قَبْلَ كُلِّشَيْءٍ، وَ يَا مُكَوِّنَ كُلِّشَيْءٍ، وَ يَا بَاقِياًبَعْدَ كُلِّشَيْءٍ، صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ، وَ افْعَلْ بي كَذَا وَ كَذَا
يَا مَنْ يَكْفيمِنْ كُلِّشَيْءٍ، وَلايَكْفي مِنْهُ شَيْيءٌ، اِكْفِني مَا اَهَمَّني
يَا مَوْضِعَ كُلِّ شَكْوَى، وَ يَا سَامِعَ كُلِّ نَجْوَى، وَ يَا شَاهِدَ كُلِّ مَلْئاَ، وَ يَا عَالِمَ كُلِّ خَفِيَّةٍ وَ يَا دَافِعَ مَا يَشَاءُ مِنْ بَلِيَّةٍ، يَا خَليلَ اِبْرَاهيمَ، وَ يَا نَجِيَ مُوسَى، وَ يَا مُصْطَفِيَ مُحَمَّدٍ صَلَّي اللهُ عَلَيْهِ وَ آلِهِ، اَدْعُوكَ دُعَاءَ مَنِ اشْتَدَّتْ فَاقَتُهُ، وَ قَلَّتْ حيلَتُهُ، وَ ضَعُفَتْ قُوَّتُهُ، دُعَاءَ الْغَريبِ، الْغَريقِ الْمُضْطَرِّ الَّذي لايَجِدُ لِكَشْفِ مَا هُوَ فيهِ اِلاََّ اَنْتَ، يَا اَرْحَمَ الرَّاحِمينَ
يَا فَارِجَ الْهَمِ، وَ يَا كَاشِفَ الْغَمِ، يَا رَحْمَانَ الدُّنْيَا، وَالْآخِرَةِ وَ رَحيمَهُمَا فَرِّجْ هَمّي، وَاكْشِفْ غَمّي، يَا اَللهُ الْوَاحِدُ الاَحَدُ الصَّمَدُ، الَّذي لَمْ يَلِدْ وَ لَمْ يُولَدْ، وَ لَمْ يَكُنْ لَهُ كُفُواً اَحَدٌ، اِعْصِمْني وَ طَهِّرْني، وَ اذْهَبْ بِبَلِيَّتي
يَا حَيُ يَا قَيُّومُ، يَا لا اِلَهَ اِلاََّ اَنْتَ، بِرَحْمَتِكَ اَسْتَغيثُ، فَاكْفِني مَا اَهَمَّني، وَلا تَكِلْني اِلَى نَفْسي
اللَّهُمَّ اِنّي اَسْئَلُكَ بِحَقِّ مُحَمَّدٍ وَ عَلِيٍ، فَاِنَّ لَهُمَا عِنْدَكَ شَاْناً مِنَ الشَّاْنِ، وَ قَدْراً مِنَ الْقَدْرِ، فَبِحَقِّ ذلِكَ الْشَّاْنِ، وَ بِحَقِّ ذلِكَ الْقَدْرِ، اَنْ تُصَلِّيَ عَلََى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ، وَ اَنْ تَفْعَلْ بي كَذَا وَ كَذَا
اللَّهُمَّ بِحَقِّ عَلِيٍّ عِنْدَكَ اِغْفِرْ لِعَلِيٍّ

Oxunuşu


Ya əbsərən nazirin, və ya əsməəs samiin və ya əsrəəl ha-sibin və ya ərhəmər rahimin.

Əllahu rəbbi la uşriku bihi şəy`a, təvəkkəltu ələl həyyilləzi la yəmut.

Əllahummə inni əs`əlukə biənnə ləkəl həmd, la ilahə illa əntəl mənnan, bədius səmavati vəl ərz, zul cəlali vəl ikram, ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmmədin və ən təc`ələ limimma ənə fihi fərəcən və məxrəca.

Əllahummə innəkə la yəkfi minkə əhəd, və əntə təkfi min kulli əhədin min xəlqik, fəkfini kəza və kəza
Ya kafiyən min kulli şəy`in və la yəkfi minkə şəy`un fis sə-mavati vəl ərz, ikfini ma əhəm-məni min əmrid dunya vəl axirəh, və səlli əla Muhəm-mədin və alih.

Billahi əstəftihu və billahi əstəncih, və bi Muhəmmədin səlləllahu ələyhi və alihi ətə-vəccəh, Əllahummə zəllil li suubətəhu və səhhil li huzu-lətəh, fəinnəkə təmhu ma təşau və tusbitu və indəkə umul ki-tab.

Həsbiyəllahu la ilahə illa huvə ələyhi təvəkkəlt, və huvə rəbbul ərşil əzim, vəmtəniu bihəvlillahi və quvvətih, min həvlihim və quvvətihim, və əmtəniu birəbbil fələqi min şərri ma xələq, və la həvlə və la quvvətə illa billah.

Əllahummə səlli əla Mu-həmmədin və ali Muhəmmədin vəğfir li vərhəmni və zəkki əməli, və yəssir munqələbi vəhdi qəlbi, və amin xəvfi və afini fi umri kullih, və səbbit huccəti vəğfir xətayay, və bəyyiz vəchi və`simni fi dini, və səhhil mətləbi və vəssi ələyyə fi rizqi, fə inni zəifun və təcavəz ən səyyii ma indi bihusni ma indik, və la təfcə`ni binəfsi və la təfcə li həmima, vəhəb li ya ilahə ləhzətən min ləhəzatik, təkşifu biha ənni cəmiə ma bihibtələytəni, və təruddu biha ələyyə ma huvə əhsənu adətukə indi, fəqəd zəufət quvvəti və qəllət hiləti, vənqətəə min xəlqikə rəcai, və ləm yəbqə illa rəcauk, və təvəkkuli ələykə və qudrətukə ələyy, ya rəbbi ən tərhəməni və tuafiyəni, kəqud-rətikə ələyyə ən tuəzzibəni və təbtəliyəni, ilahi zikru əvaidikə yu`nisuni vər rəcau liin`amikə yuqəvvini, və ləm əxlu min niəmikə munzu xələqtəni, fəəntə rəbbi və səyyidi və məfzəi və məlcəi, vəl hafizu li vəz zabbu ənni vər rəhimu bi vəl mutəkəffilu birizqi, və fi qəzaikə və qudrətikə kullu ma ənə fih, fəlyəkun ya səyyidi və məvlayə fima qəzəytə və qəd-dərtə və hətəmt, tə`cilu xəlasi mimma ənə fihi cəmiih, vəl afiyətu li fəinni la əcidu lidəf`i zalikə əhədən ğəyrək, və la ə`təmidu fihi illa ələyk, fəkun ya zəl cəlali vəl ikrami ində əhsəni zənni bik, və rəcai ləkə vərhəm təzərrua vəstikanəti və zə`fə rukni, vəmnun bizalikə ələyyə və əla kulli dain dəak, ya ərhəmər rahimin, və səlləllahu əla Muhəmmədin və alih.

Bismillahi və billahi və mi-nəllahi və iləllahi və fi səbilil-lah, və əla milləti rəsulillahi səlləllahu ələyhi və alih, Əl-lahummə iləykə əsləmtu nəfsi və iləykə vəccəhtu vəchi, və iləykəl əlcə`tu zəhri, və iləykə fəvvəztu əmri, Əllahumməh-fəzni bihifzil imani min bəyni yədəy, və min xəlfi və ən yəmi-ni və ən şimali, və min fəvqi və min təhti və ma qibəli, vədfə` ənni bihəvlikə və quvvətik, fəinnəhu la həvlə və la quvvətə illa bik.

Ya kainən qəblə kulli şəy`in və ya mukəvvinə kulli şəy`, və ya baqiyən bə`də kulli şəy`, səlli əla Muhəmmədin və ali Muhəmmədin vəf`əl bi kəza və kəza.

Ya mən yəkfi min kulli şəy`in və la yəkfi minhu şəy`un ikfini ma əhəmməni.

Ya məvziə kulli şəkva, və ya samiə kulli nəcva, və ya şahidə kulli məl`a, və ya alimə kulli xəfiyyəh, və dafiə ma yəşau min bəliyyəh, və xəlilə İbrahimə və ya nəciyyə Musa, və ya mustəfiyə Muhəmmədin səlləllahu ələyhi və alih, əd`ukə duaə məniştəddət faqətuh, və qəllət hilətuhu və zəufət quvvətuh, duaəl ğəribil ğəriqil muztərrilləzi la yəcidu likəşfi ma huvə fihi illa ənt, ya ərhəmər rahimin.

Ya faricəl həmmi və ya kaşifəl ğəmm, ya rəhmanəd dunya vəl axirəti və rəhimə-huma, fərric həmmi vəkşif ğəmmi, ya Əllahul vahidul əhədus səmədulləzi ləm yəlid və ləm yuləd, və ləm yəkun ləhu kufuvən əhəd, i`simni və təhhirni vəzhəb bibəliyyəti.

Ya həyyu ya qəyyum, ya la ilahə illa ənt, birəhmətikə əstəğisu fəkfini ma əhəmməni, və la təkilni ila nəfsi.

Əllahummə inni əs`əlukə bihəqqi Muhəmmədin və Əliyy, fəinnə ləhuma indikə şə`nən minəş şə`n, və qədrən minəl qədr, fəbihəqqi zalikəş şə`n, və bihəqqi zalikəl qədr, ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmmədin və ən təf`ələ bi kəza və kəza.
Əllahummə bihəqqi Əliyyin indək, iğfir li Əliyy.

Tərcüməsi


Bu fəsil, on iki duadan ibarətdir:

1. İmam Baqir (ə)-ın belə buyurduğu nəql olunmuşdur: «Sənə qorxu üz gətirdikdə, üzü qibləyə durub, iki rükət namaz qıldıqdan sonra yetmiş dəfə bu duanı oxu və hər dəfə onu oxuduqda, öz hacətini də Allahdan istə:

Ey görənlərin görəni, ey eşidənlərin eşidəni, ey hesab çəkənlərin sürətlisi və ey mehribanların mehribanı!

2. Həzrət Peyğəmbər (s)-dən nəql olunmuşdur ki, o həzrət belə buyurmuşdur: "Hər kəsə qorxu, ya qəm-qüssə, və ya bəla üz gətirdikdə, bu duanı oxusun:
Mənim Rəbbim Allahdır. Mən Ona heç bir şeyi şərik qoşmuram. Heç vaxt ölməyən diri Allaha təvəkkül edirəm.

3. İmam Sadiq (ə) buyurmuşdur: "Həzrət Yusif (ə)-ın qardaşları onu quyuya atdıqdan sonra, Cəbrail (ə) onun yanına gəlib dedi: "Yusif! Burada nə edirsən?» Həzrət Yusif (ə): "Qardaşlarım məni bu quyuya atıb getdilər” – deyə cavab verdi.

Cəbrail (ə) dedi: «Buradan çıxmaq istəyirsənmi?» O həzrət dedi: "Buradan çıxmağım Allahın istək və iradəsinə bağlıdır.”

Cəbrail (ə) dedi: "Allah taala buyurur: "Əgər Yusif bu duanı oxusa, onu oradan çıxararam.”

Yusif (ə) dedi: «O hansı duadır?» Cəbrail (ə) dedi: «Həmin dua belədir:

İlahi, mən Səndən istəyirəm! Həqiqətən, həmd Sənə məxsusdur. Səndən başqa heç bir tanrı yoxdur. Sən minnət sahibi, göyləri və yeri yaradan, calal və kəramət sahibisən. (Səndən istəyirəm ki,) Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetirəsən, məni fərəc və genişlikdə qərar verəsən.

Həzrət Yusif (ə) bu duanı oxuduqdan sonra bir karvan gəlib, onu quyudan çıxartdı. Necə ki, Allah taala onun hadisəsini Qurani-kərimdə qeyd etmişdir.

4. İmam Sadiq (ə)-dan belə nəql olunmuşdur: "Bir şeydən qorxduğunuz zaman bu duanı oxuyun:

İlahi, heç kim Sənə yetərli deyil, Sən isə yaratdıqlarının hər birinə yetərlisən. Elə isə filan işlərimdə mənə yetərli ol!

O Həzrət başqa bir hədisdə bu duanın oxumasını göstəriş vermişdir:

Ey hər bir şeyə yetərli olan və göylərdə və yerdə olanların heç birinin Ona yetərli olmadığı! Mənə dünya və axirətlə bağlı mühüm işlərimdə yetərli ol və Məhəmməd və onun Əhli-beytinə salam yetir!

Yenə də o həzrət buyurmuşdur: "Hər kəs zalım şahın yanına getmək istəsə, bu duanı oxusun:

Allahın vasitəsilə qələbə və səadət diləyir, Məhəmmədə (Allahın salamı olsun ona və Əhli-beytinə) üz tuturam. İlahi, onun (qələbənin) eniş-yoxuşlarını mənə ram et və çətinliyi asanlaşdır ki, həqiqətən, Sən istədiyini məhv edir, istədiyini isə saxlayırsan və kitabın əsası Sənin yanındadır.

Həmçinin buyurur:

Allah mənə yetər. Ondan başqa heç bir tanrı yoxdur. Mən Ona təvəkkül edirəm. O, böyük ərşin Rəbbidir. Allahın güc və qüdrəti ilə özümü onların güc və qüdrətindən qoruyub-saxlayır və məxluqatın şərindən sübhün Rəbbinə pənah aparıram! Allahdan başqa güc və qüdrət yoxdur.

5. Rəvayət olunmuşdur ki, İmam Baqir (ə)-ın qarşısına çətin bir iş çıxdıqda, bu duanı oxuyurdu:

İlahi! Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir, məni bağışla, mənə rəhm et, əməlimi pakla və dönüş yerimi asanlaşdır. Qəlbimi doğru yola yönəlt, qorxumu əmin-amanlığa çevir, bütün ömrüm boyu mənə sağlamlıq əta et, dəlil-sübutumu möhkəmlət, günahlarımı bağışla və məni üzüağ et.

Dinimi qoru, istəyimi asanlaşdır və ruzimi bol et! Çünki mən zəif və acizəm, Sənin dərgahında olan yaxşılıqların xatirinə pisliklərimdən keç, məni və yaxınlarımı müsibətə düçar etmə.

Ey Rəbbim, nəzəri-lütfünü mənə şamil et, onunla bütün çətinliklərimi aradan qaldır və mənim nəzərimdə ən yaxşı olan adətini mənə tərəf çevir. Çünki taqətdən düşmüş, çarəsiz qalmışam və camaatdan ümidimi üzmüşəm. Sənə ümid bəsləmək, təvəkkül etmək və qüdrətinə sığınmaqdan başqa bir yolum qalmayıb.

Ey Rəbbim, mənə rəhm etməyin və mənə sağlamlıq verməyin eynilə mənə əzab verməyə və məni müsibətə düçar etməyə qadir olmağın kimidir! İlahi, nemətlərini xatırlatmaq mənə aramlıq bəxş edir və nemətlərinə ümid etmək məni qüvvətləndirir. Məni yaratdığın gündən heç vaxt nemətlərindən uzaq qalmamışam.

Elə isə mənim Rəbbim, sərvərim, pənahım, sığınacaq yerim, gözətçim, məni müdafiə edən, mənə rəhmli olan və ruzimi öhdəsinə götürən Sənsən! Mənim sahib olduqlarım Sənin qəza-qədərin sayəsindədir.

Ey mənim sərvərim və mövlam, hökm və müqəddər etdiklərinlə yanaşı, məni düçar olduğum bütün çətinliklərdən xilas etmək və mənə afiyət vermək üçün tələs! Çünki mən onları aradan qaldırmaq üçün Səndən başqasını tapa bilmədim və Səndən başqasına arxalanmadım.

Elə isə ey calal və kəramət sahibi! Mənimlə Sənə qarşı yaxşı gümanda olduğum və Sənə yaxşı ümid bəslədiyim kimi rəftar et. Ah-naləmə, çarəsizliyimə və dayağımın zəifliyinə rəhm et, onu mənə və Səni çağıran hər bir kəsə minnət qoy, ey mehribanların ən mehribanı! Allahın salamı olsun Məhəmməd və onun Əhli-beytinə!

6. İmam Sadiqin (ə) belə buyurduğu nəql olunmuşdur: "Həzrət Əli ibni Hüseyn (ə) buyurmuşdur: "Mən bu duanı oxuduqda, heç vaxt özümdə qorxu hissi keçirmirəm, hətta cinlər və insanlar mənə ziyan yetirmək üçün toplaşsalar da belə:

Allahın adı və Allahın köməyi ilə, Allah tərəfindən, Allaha tərəf, Allah yolunda və Allahın Rəsulunun (Allahın salamı olsun ona və Əhli-beytinə) təriqəti ilə! İlahi, özümü Sənə təslim etdim, Sənin dərgahına üz tutdum, Sənə arxalandım və işimi Sənə həvalə etdim! İlahi, məni və mənim imanımı ön və arxa, sağ və sol, yuxarı və aşağı tərəfdən qoru, hər cür zərər və pisliyi Öz güc və qüdrətinlə məndən uzaqlaşdır ki, həqiqətən, Səndən başqa güc və qüdrət yoxdur!

7. Əhli-beyt (ə)-dan nəql olunmuşdur ki, şahdan qorxmamaq və onun zərərini uzaqlaşdımaq üçün bu duanı oxuyun:

Ey hər bir şeydən öncə olan, ey hər bir şeyi vücuda gətirən və ey hər bir şeydən sonra (diri) qalan! Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir və mənimlə belə rəftar et (hacətlərimi rəva et).

"Kəza və kəza” sözlərinin yerinə öz hacətlərinizi deyin.

8. İmam Baqir (ə) buyurmuşdur: "Hacətlərin rəva olması və işlərin öz qaydasına düşməsi üçün bu duanı oxumaq kifayətdir:

Ey hər bir şeyə yetərli olan və heç bir şeyin Ona yetərli olmadığı! Mühüm işlərimdə mənə yetərli ol!

9. İmam Zeynəlabidin (ə)-dan nəql olunmuşdur ki, o həzrət öz oğluna belə buyurdu: "Ey oğlum! Sizin hər birinizə bir müsibət üz gətirdikdə, dəstəmaz alıb iki, yaxud dörd rükət namaz qılın və namazdan sonra belə deyin:

Ey bütün şikayətlərin mərkəzi, ey bütün sirləri eşidən, ey bütün yığıncaqlarda hazır olan, ey bütün gizli işlərdən xəbərdar olan, ey istədiyi bəlanı dəf edən, ey İbrahimin dostu, ey Musanın sirdaşı və ey Məhəmmədi (Allahın salamı olsun ona və Əhli-beytinə) (peyğəmbərliyə) seçən! Səni möhtac, çarəsiz, gücsüz, qərib, boğulan, sərgərdan və çətinliklərini Səndən başqa heç kimin aradan qaldıra bilmədiyi bir şəxs kimi çağırıram, ey mehribanların ən mehribanı!

Doğrudan da hər kəs bu duanı oxusa, mütəal Allah ona üz gətirən bəla və müsibəti aradan qaldırar.

10. İmam Sadiq (ə) belə buyurmuşdur: "Qəm-qüssənin aradan qaldırılması məqsədilə qüsl edib, iki rükət namaz qılın və namazdan sonra deyin:

Ey qəmi dağıdan, ey qüssəni aradan qaldıran, ey dünya və axirətdə bağışlayan və hər iki aləmdə rəhmli olan! Mənim qəmimi aç, qüssəmi aradan qaldır.

Ey yeganə, bir və ehtiyacsız olan, doğmayan, doğulmayan və tayı-bərabəri olmayan Allah! Məni (təhlükələrdən) qoru, (günahlardan) pakla və çətinliyimi aradan qaldır.

Həmçinin yaxşıdır ki, "Ayətəl-kürsü”, "Fələq” və "Nas” surələri oxunsun.

11. Rəvayət olunmuşdur ki, qəm-qüssənin aradan getməsi üçün səcdədə yüz dəfə

Ey diri, ey əbədi, ey Səndən başqa heç bir tanrı olmayan! Sənin rəhmətinə pənah aparıram. Mühüm işlərimdə mənə yetərli ol və məni özbaşına buraxma!
duasını oxuyun.

12. İmam Sadiq (ə)-dan nəql olunmuşdur ki, Səmaəyə buyurdu: "Ey Səmaə! Allahdan bir hacət istədikdə, belə de:

İlahi, Sənin dərgahında uca məqam və dərəcələri olan Məhəmməd və Əlinin, onların həmin məqam və dərəcələrinin xatirinə Səndən istəyirəm ki, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetirəsən və mənimlə belə rəftar edəsən (hacətlərimi rəva edəsən)!

Həqiqətən, Qiyamət günü başlayanda hər bir mürsəl peyğəmbər, mömin şəxs və Allaha ən yaxın olan mələk Məhəmməd (s)-ə və Əli (ə)-a möhtac olacaqlar.

Müəllif deyir: «İbni Əbilhədid Hz. Əmirəl-möminin Əli (ə)-dan nəql etmişdir ki, o həzrət belə buyurmuşdur: "Mən Hz. Peyğəmbər (ə)-dən istədim ki, İlahi məğfirətə şamil olmağım üçün məni dua etsin.”

O həzrət buyurdu: «Dua edərəm.» Sonra ayağa qalxıb namaz qıldı və əllərini göyə qaldırıb dua etdi. O həzrətin duasına qulaq asdıqda, belə dediyini eşitdim:

"İlahi! Əlinin Sənin yanında olan haqqına and verirəm ki, Əlini bağışla!”

Mən dedim: «Ya Rəsuləllah! Bu necə duadır!» Buyurdu: «Allahın dərgahında səndən əziz və hörmətli şəxs varmı ki, onun haqqına and verim?»
Müəllif deyir: «Biz birinci bölümdə –şükr səcdəsi haqqında olan dualarla əlaqədar söhbətimizdə– bu barədə bəzi duaları qeyd etmişik.


Kitabın adı: Məfatihul Cinan
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930