DÜNYA AXİRƏT ÜÇÜN ƏKİN SAHƏSİDİR
Mьəllif: admin1
Tarix: 16-04-2017, 00:04
Bцlmə: ---
DÜNYA AXİRƏT ÜÇÜN ƏKİN SAHƏSİDİR

Bəzi nadanlar belə təsəvvür edərək axirət aləmini dünyadan tamamilə ayrı bilmişlər.
Burada qeyd olunmalı mühüm məsələ bundan ibarətdir ki, axirətdəki əbədi bədbəxtlik və ya səadət insanın bu dünyadakı əməl və rəftarlarından asılıdır. Elə də deyildir ki, insan axirət nemətlərini ələ gətirmək üçün elə axirət aləmində səy göstərməklə bilsin, daha güclü fikri və fiziki qüvvəyə malik olanlar daha artıq nemətlərdən bəhrələnsinlər və yaxud hiylə və fırıldaq yolu ilə başqalarının əməyini mənimsəsinlər. Belə ki, bəzi nadanlar belə təsəvvür edərək axirət aləmini dünyadan tamamilə ayrı bilmişlər.

Quran bəzi kafirlərin sözünü belə nəql edir:
«(Dünaya məftun olan şəxs dedi:) «Axirətin bərqərar olacağını güman etmirəm (əgər bərqərar olsa və) Pərvərdigarıma doğru qaytarılsam özümə bundan da yaxşı bir məskən taparam!» (“Kəhf” surəsi, ayə:36.)

Başqa bir ayədə kafirlərin dilindən belə buyurulur:
«Qiyamətin qopacağını güman etmirəm. Doğrudan da əgər Rəbbimin hüzuruna qaytarılıb gətirilsəm, Onun dərgahında məni ən gözəl nemət (Cənnət) gözləyir» - deyər.» (“Fussilət” surəsi, ayə:50.)
Belə şəxslər axirət aləmində də fəaliyyət göstərməklə çoxlu nemətlər kəsb etməyin mümkünlüyünü, ya da dünyada müxtəlif nemətlərdən bəhrələnmələrini Allahın onlar barəsində xüsusi mərhəmət göstərməsinin əlaməti kimi və buna əsasən də axirətdə də lütf və mərhəmətə nail olacaqlarını güman edirlər.
Deməli, əgər bir şəxs axirət aləminin dünyadan tamamilə ayrı və onunla heç bir əlaqəsi olmayan bir aləm olduğunu güman etsə, o, aləmin nemətlərinin bu dünyada gördüyü yaxşı əməllərə və o aləmin əzablarının əsaslandığını inkar etsə, onda bu şəxs bütün səmavi dinlərin etiqad prinsiplərindən biri olan məada iman gətirməmişdir. Çünki bu prinsipin əsası axirətin mükafat və cəzalarını dünyəvi əməllərin nəticəsinə bağlı olması üzərindədir. Buna görə də dünya aləmi axirət üçün bazar, ticarət yeri, yaxud əkin sahəsi adlandırılmışdır ki, insan bu dünyada göstərdiyi fəaliyyətlərin, işlərin və əməllərin əvəzini orada almalıdır. (Diqqət yetirmək lazımdır ki, Qurani-Kərimdə dünyəvi cəza və mükafatlardan da söhbət açılır, lakin kamil və əbədi mükafat və ya cəza axirətə məxsusdur.) Məad və Quran ayələri və Məada bağlı olan məsələlər də məhz bunu bəyan edir və əlavə izaha etiyac duyulmur.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930