BU DÜNYA İLƏ AXİRƏT DÜNYASININ RABİTƏSİ
Mьəllif: admin1
Tarix: 31-10-2023, 10:36
BU DÜNYA İLƏ AXİRƏT DÜNYASININ RABİTƏSİ
Axirət dünyasının toxumu insanın öz əli ilə səpilir və insanın aqibəti artıq bu dünyada bəlli olur.

Səmavi kitabların dəfələrlə haqqında söhbət açdıqları məsələlərdən biri də, bu iki aləm arsında olan rabitəyə dəlalət edir.

Bu iki həyat bir-birindən ayrı deyildir. Axirət dünyasının toxumu insanın öz əli ilə səpilir və insanın aqibəti artıq bu dünyada bəlli olur.

İnsan xoşbəxt həyata nail olması üçün ilk növbədə iman və etiqadını saflaşdırmalı, kin və həsəddən uzaq olmalı, kimsəyə hiylə etməməli, özünün və cəmiyyətin təkamülü üçün ictimai fəaliyyətə qoşulmalıdır.

Yox əgər imansızlığa, zülm, riyakarlıq, xudpəsəndlik, qeybət, xəyanət və sair qeyri-insani xislətlərə düçar olarsa, axirət dünyasında əbədi zillət və bədbəxtçiliklərlə qarşılaşacaqdır.

Peyğəmbərdən (s) nəql olunmuş hədislərdən birində buyurulur: «Dünya axirətin əkin yeridir».

Dünyada səpilən hər bir yaxşı və ya pis toxum axirət günü öz məhsulunu verəcəkdir. İnsanın tikan əkərək gül əldə etməsi qeyri-mümkün olduğu kimi, bu dünyada nalayiq işlər görüb axirətdə onun xeyirini görməsi də mahal və qeyri-mümkündür.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031