Ərəbistanlı mübariz ruhaninin edamına beynəlxalq reaksiya
Mьəllif: admin1
Tarix: 3-01-2016, 11:50
Bцlmə: Xəbərlər
Ərəbistanlı mübariz ruhaninin edamına beynəlxalq reaksiya
Ərəbistanın görkəmli və mübariz ruhanisi Şeyx Nimr Baqir Əl-Nimrin Ali-Səud hökuməti tərəfindən edamı region və dünya səviyyələrində geniş reaksiyalar doğurub.

Ərəbistanın Daxili İşlər Nazirliyi şənbə günü səhər rəsmi bir bəyanatda bildirdi ki, bu ölkənin tanınmış ruhanisi və siyasi fəalı Şeyx Nimr Baqir Əl-Nimri 47 nəfərlə yanaşı anti-təhlükəsizlik fəaliyyətlərinə görə, edam edibdir.

Şeyx Nimrin edamı xəbərinin yayılmasından təkcə bir neçə saatın keçməsinə rəğmən, dünyanın müxtəlif nöqtələrindən olan müxtəlif qrup, şəxsiyyət və orqanlar bu cinayətkarcasına hərəkəti pisləyərək, Ərəbistanda repressiya siyasətinin davam etməsini anti-hökumət etirazlarının şiddətlənməsi və Ali-Səud krallıq hökumətinin zəifləməsi amili kimi dəyərləndiriblər.

İraqın baş naziri Heydər Əlibadi Şeyx Nimrin edamına reaksiyada deyib ki, bu addım regionun təhlükəsizliyi üçün mənfi nəticələr gətirəcək. Əlibadi qeyd edib ki, puç ittihamlarla müxaliflərin ağızlarının yumdurulması və onların məhv edilməsi sırf olaraq, daha artıq dağıntı və xarabalıqlara bais olacaq.

Avropa İttifaqının xarici siyasət üzrə koordinatoru Federika Moqerini də bir bəyanatda bildirib ki, Şeyx Nimr Baqir Əl-Nimrin edam olunması Ərəbistanda siyasi və vətəndaş hüquqlarına hörmət və söz azadlığı haqda ciddi nigaranlıqlar doğurubdur. Moqerini deyib ki, bu addım regionda, xüsusən Ərəbistanda gərginliklərin potensial surətdə alovlanmasına bais olacaq.

Beynəlxalq Amnistiya Təşkilatının Yaxın Şərq üzrə müdiri Filipp Luter isə belə deyib: Səudiyyə başçıları deyirlər ki, təhlükəsizliyi qorumaq üçün bu edamları həyata keçirmişik, amma Şeyx Nimrin edam olunması insana bunu təlqin edir ki, Ali-Səud siyasi haqq-hesabların çürüdülməsi məqsədilə terrorizmlə mübarizə çətiri altında bu edamlardan istifadə edir.

Luter Şeyx Nimrin mühakiməsini ədalətsiz adlandıraraq, əlavə edib: Ərəbistanda siyasi və dini fəalların geniş şəkildə edam edilmələrində hədəf, xüsusən şiələr arasında rejimə qarşı tənqdiləri sakitləşdirməkdir.

Almaniya və İngiltərənin xarici işlər nazirlikləri və ABŞ-ın Dövlət Departamenti öz bəynatlarında Şeyx Nimrin edamından nigaranlıq edərək, Ərriyaddan istəyiblər ki, insan haqlarına hörmət edərək, müxaliflərə dinc ifadə icazəsi versin.

İran İslam Respublikasında da rəsmilər və dini şəxsiyyətlər, o sıradan təqlid mərcələri bəyanatlar yayıb, Ərəbistanın görkəmli və mübariz ruhanisi Şeyx Nimr Baqir Əl-Nimrin Ali-Səud hökuməti tərəfindən edam olunmasını pisləyərək bildiriblər ki, səudiyyə hökmranları bu hərəkətlərlə özlərinin regiondakı məğlubiyyətlərini gizlədə bilməzlər.

Bu münasibətlə İran, Ərəbistan, İraq, Pakistan, Livan, Bəhreyn və İngiltərənin müxtəlif məntəqələrində, eləcə də digər Avropa şəhərlərində aksiyalar keçirilib ki, onlarda etirazçılar Ali-Səud rejiminə qarşı şüarlar verərək, dünya ictimaiyyətinin Ali-Səud rejiminin cinayətlərinə diqqət yetirməsini istəyiblər.

56 yaşlı Şeyx Nimr Baqir Əl-Nimr səudiyyə xanədanını tənqid edən və Ərəbistanda şiə azlığının yaşayış məkanı olan bu ölkənin şərqindəki 2011-ci il etiraz hərəkatının tanınmış siması idi.

Ərəbistanın neftlə münbit Əlşərqiyyə vilayətində təmərküzləşmiş şiə icması kənara qoyulmasından şikayətlənir və bu müddət ərzində Şeyx Nimr Ali-Səud diktatura rejimi qarşısında bu məntəqə əhalisinin haqsevər səsinin yeganə siması və nümayəndəsi idi.


sahartv.ir
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031