Çox şükür, ey böyük Allahım!
Mьəllif: admin1
Tarix: 22-05-2020, 21:41
Çox şükür, ey böyük Allahım!
Şükür etməyi bilmirik. Əlimizdə olanların qiymətini bilmirik və yaxud da itirincə anlayırıq. Bitmək, tükənmək bilməyən istəklər.

Pul, mövqe istəyi ilə dolduq. Ən əhəmiyyətli şeyləri unutduq...

Ən əhəmiyyətli şeylər üçün şükür etməyi unutduq...

Niyə əlimizdəkilər üçün şükür etmirik?!

Niyə həyatımızın və sağlamlığımızın qiymətini bilmirik?!

Niyə heç cür özümüzü xoşbəxt hiss edə bilmirik?!

Niyə gülmürük?!

Niyə yaxşılıq etməyi unutduq?!

Ən əhəmiyyətlisi, niyə bu dünyanın fani olduğunu unutduq?!

Çünki kiçik şeylərlə xoşbəxt olmağı unutduq. Əlimizdəkilərə qiymət verməyi unutduq. Ən əhəmiyyətlisi, sağlam olduğumuz üçün şükür etməyi unutduq.

Halbuki, əvvəlcə aldığımız hər nəfəsin qiymətini bilməliyik və şükür etməliyik. Bir saniyə sonrasının zəmanəti yox həyatımızda.

Anların qiymətini çox yaxşı bilməliyik.

Həyat bizə deyil, biz ona sıx sarılmalıyıq, biz görməliyik günəşin gözəl rənglərini, biz çəkməliyik havanı içimizə.

Heç düşündünüzmü, səmanı bir daha görə bilməməyi...?

Heç düşündünüzmü, sevdiklərinizə bir daha baxa bilməməyi...?

Heç düşündünüzmü, bir daha su içə bilməməyi...? Heç... heç... və s...

Halbuki, hər gün etdiyimiz amma fərqində olmadığımız nə qədər sadə gözəlliklər.

Amma biz nə edirik? Həmişə mənfilikləri görürük, ən kiçik bir şeyi belə özümüzə dərd edib özümüzü üzürük. Dəyməz...!

Nə özümüzü üzməyə, nə də başqalarını.

Uçurumun təhlükəsini ucuna gəldiyinizdə anlarsınız. Əgər düşsəniz gec olar, amma, fərqində olsanız təhlükənin bax o anda dəyişər hər şey.

Həyat aldığımız nəfəsdən daha qısadı...

Əvvəlcə hər səhər gözlərimizi açdığımız və sağlam olduğumuz üçün "Çox Şükür Allahım" deməliyik. Yaxşı ki, varam deməliyik... Sonra ətrafımızdakılara yaxşı ki, var olduqlarını xatırlatmalıyıq...

Və onlarla xoşbəxt olub şükür etməliyik.

Həyatda çətinliklər vardır, amma, bu sözü heç ağlımızdan çıxarmayaq:

Bir gün dünyaya aid böyük bir dərdin olsa Rəbbinə dönüb, "Mənim böyük bir dərdim var!" dəmə, dərdinə dönüb "Çox şükür mənim böyük bir Rəbbim var!" de.

Unutmayaq ki, heç bir sual cavabsız, heç bir dərd dərmansız deyil.

Hər şey olacağına çatar həyatda.

İnsan həqiqətən ölərkən edə bilmədikləri, deyə bilmədikləri üçün peşmanlıq duyur.

İndi yaşadığın və sağlam olduğun üçün şükür et.

Sağlığımızın, özümüzün, sevdiklərimizin və insanların qiymətini bilək və bu ən böyük dəyərlər üçün şükür etməyi də bilək..

Çox şükür Allahım....!

Unutmayaq ki bu dünyada her şey bize Allahın bəxş elədiyi nemətlərdir, hətda Namaz belə Allahın bizə bəxş elədiyi ən gözəl nemətlərdəndir...Hər an Allahın bizə bəxş elədiyi bu nemətlərə görə şükür etməliyik! Ey insanlar Allaha şükür etməyi unutmayın....

Unutmayaq ki, canımız bizə əmanətdir. Ona ən yaxşı şəkildə baxmaq və qiymətini bilmək məcburiyyətindəyik...



Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031