Təqlid mərcələri Şeyx Nimrin edam edilməsinə reaksiya verdilər
Mьəllif: admin1
Tarix: 2-01-2016, 17:17
Bцlmə: Xəbərlər
Təqlid mərcələri Şeyx Nimrin edam edilməsinə reaksiya verdilər
Böyük təqlid mərcələrindən Ayətullah Nuri Həmədani və Ayətullah Sübhani Ərəbistanın tanınmış ruhanisi Şeyx Nimrin edam edilməsini pisləyiblər.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Ayətullah Hüseyn Nuri Həmədani Şeyx Nimrin edam edam edilməsini pisləyərək deyib: Sünni və şiələrin birlikdə bu faciəyə reaksiya verilməsi gözlənilir.

Ayətullah Nuri Həmədani bir çox ölkənin Ərəbistandan Şeyx nimrin edam edilməməsini istədiyinə toxunaraq deyib: Şeyx Nimrin edam edilməsi dünya müsəlmanlarına etinasızlıqdır.

Bu təqlid mərcəyi müsəlmanların ayıqlığı, müqaviməti və mətinliliyini vurğulayıb və deyib: Səudiyyə Ərəbistanı azğın məzhəbə malikdir və onlar İŞİD və Boko Haram kimi terrorçu və təkfirçi qruplaşmaları dəstəkləyərək islamı bədnam etməyə və islamı sərtlik dini kimi göstərməyə çalışırlar. Halbuki islam peyğəmbəri rəhmət peyğəmbəridir.

Ayətullah Cəfər Sübhani də deyib: Şeyx Nimr yalnız ədalət və təqvanı tələb edirdi və bir ailənin özbaşınalığının qarşısının alınmasını istəyirdi. Bu ailə ölkəni öz adına qeydiyyata salıb və vətəndaşların səsinə hörmət bəsləmədən istədikləri hər bir işi edir.

Bu təqlid mərcəyi Şeyx Nimrin bir tələbi olduğunu və Ərəbistanda ədalətin hakim olmasını istədiyini bəyan edərək bildirib: Ərəbistanın şərq bölgəsi məzlum olan şiələrdir. Şeyx Nimrin sözü bu idi ki, Ərəbistan şiələrinin məhrumluğu aradan qaldırılmalıdır.

Təqlid mərcələrindən Ayətullah Abdulla Cavadi Amili də bir müraciət verərək Şeyx Nimrin edam edilməsini pisləyib və bu mübariz ruhaninin edam olunması üzrə qərarın icra olunmasının Ali-Səud rejiminin süqutuna zəmin yaratdığını bildirib.

Ərəbistan Daxili İşlər Nazirliyi bu gün bir bəyanat verərək bu ölkənin tanınmış şiə ruhanisi Şeyx Nimr Baqir əl-Nimrin edam olunması qərarının icra edildiyini bildirib.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930