Şeyx Nimrin öz edam hökmünün təsdiqlənməsinə reaksiyası
Mьəllif: admin1
Tarix: 28-10-2015, 17:52
Bцlmə: Xəbərlər
Şeyx Nimrin öz edam hökmünün təsdiqlənməsinə reaksiyası
Ərəbistanlı mübariz və şiə ruhani öz edamı barədəki hökmə reaksiya verib.

Təsnim xəbər agentliyinin məlumatına görə, şiələrin pozulmuş və qanuni hüquqlarını himayə səbəbindən səudiyyə başçılarının edam hökmü ilə üzləşmiş ərəbistanlı tanınmış şiə ruhani Şeyx Nimr Baqir Əl-Nimr bir telefon əlaqəsində dünyanın müxtəlif nöqtələrində olan öz tərəfdarlarına və Əhli-Beyt(ə) vurğunlarına müjdə verib və onun üçün yazdığı taleyə görə, Allah-Taalaya şükr edib.
Ərəbistanlı mübariz və şiə ruhani Şeyx Nimr Baqir Əl-Nimrin edam hökmünün təsdiqlənməsi elə bir şəraitdədir ki, dünya azadlıqsevərlərinin onun edamı hökmünə reaksiyaları davam etməkdədir.
Bəhreyndə 24 Fevral İnqilabı Gəncləri Koalisiyası bir bəyanatda Şeyx Nirmrin edamı hökmünü daxili və regional səviyyələrdə Ali-Səud hökumətinin siyasi və təhlükəsizlik çaşqınlığı və qarışıqlığının bəyanedicisi adlandırıb və dünya ictimaiyyətindən, eləcə də bütün insan haqları orqanlarından istəyibdir ki, tez bir zamanda bu zalımcasına hökmün dayandırılması üçün müdaxilə etsinlər.
Şeyx Nimr Baqir Əl-Nimr 2012-ci ilin iyulunda, 2011-ci ilin fevralında Ərəbistanın şərqindəki şiə sakinli Qətif məntəqəsində baş vermiş etirazların ardınca həbs olundu.

sahartv.ir
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930