Sabah Marneulidə Ərəfə günü qeyd olunacaq
Mьəllif: admin1
Tarix: 22-09-2015, 20:03
Bцlmə: Xəbərlər
Sabah Marneulidə Ərəfə günü qeyd olunacaq

Əziz Müsəlmanlar, sabah 23 Sentyabır, saat 17:00-da Marneuli İmam Əli (ə) Məscidində Ərəfə duası oxunacaq. Bütün qardaş ve bacılar dəvətlidir.
Ərəfat bir məntəqə adıdır. Hacıların ərəfə günü (9 Zilhəccə) dayandıqları, dua və ibadət etdikləri məntəqənin adıdır. Hacılar Zöhür və Əsr namazlarını qılana qədər Ərəfə çölündə olmalı və sonra Məkkəyə qayıtmalıdırlar. Bu günün isə "Ərəfə günü" adlandırılması aşağıdakı hadisə ilə əlaqədardır. Cəbrayıl (ə)həcc mərasimləri zamanı İbrahimi (ə) öyrədirdi, Ərəfəyə çatdığı zaman ona dedi ki, “əriftu” (tanıdım), o cavab verdi bəli, elə buna görə də belə adlandırıldı.

9-cu gün, ərəfə günü və əzəmətli bayramlardandır. Bayram kimi islam təqviminə əlavə olmasına baxmayaraq qeyd edək ki Ərəfə bir gündür ki, Allah-taala bəndələrini ibadət və itaətə çağırır və öz ehsan və bərəkət süfrələrini onlar üçün açır. Şeytan bu gündə daha zəlil, daha alçaq və qovulmuşdur və hər zaman olduğundan daha qəzəbli olur. Ərəfə gününüz mübarək.

mgeo.ge
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930