Tərviyə günü - Ərəfə gününün başlanğıcıdır
Mьəllif: admin1
Tarix: 31-08-2017, 09:24
Tərviyə günü - Ərəfə gününün başlanğıcıdır
Zilhiccə ayının 8-i - Tərviyə günüdür. Həmin günü Allah evinin zəvvarları Minaya yollanar və gecəni orada keçirərlər. Sabahısı günü isə özlərini Ərəfə günü üçün hazır edərlər. Tərviyə gününün mənası “Su ehtiyatı toplamaq”dır. Həmin günü hacılar Ərəfatda xüsusi əməlləri yerinə yetirmək üçün su ehtiyatı görməlidirlər. Həmin günə ona görə tərviyə deyirlər ki, Ərəfat səhrasında su olmazdı. Ona görə də hacılara Məkkədən su gətirərdilər. Ona görə də bu günə su çatdırma günü deyirlər. Bu gün - Ərəfə günü üçün müqəddimədir.
Bu ad Həzrət İbrahim (ə) və İsmayıldan (ə) yadigar qalmışdır. Belə ki, Cəbrayıl (ə) hər ikisinə əmr edir ki, Ərəfata gedən zaman özləri ilə su aparsınlar. Həmçinin bu günü Peyğəmbərin (s) karvanı sonuncu həcc üçün Məkkədən xaric olur və Mina yolu ilə Ərəfata yollanır.

İmam Sadiqdən (ə) gələn hədisə görə bu günü oruc tutmaq 60 ilin kəffarəsi hesab olunur.

Təfsirçilərin yazdığına görə Ərəfat ona görə belə adlanır ki, Həzrət İbrahim (ə) gecə yuxu görür ki, oğlunu qurban etməlidir. Gündüz olan zaman fikrə gedir və bəzilərinin dediyinə görə, ona görə də bu günü Tərviyə adlandırırlar. Gecə yenə həmin yuxunu görür və başa düşür ki, yuxusu haqdır. Həmin gecə Ərəfə adlandırır, yəni həqiqətin aydın olduğu zaman.

Bəzilərinin isə dediyinə görə Tərviyə günündə İsmayıl (ə) su tapdığı üçün onu belə adlandırıblar. Ərəfat da ona görə belə adlanır ki, Cəbrayıl (ə) həmin gecə həccin əhkamını nazil edir.

İmam Hüseyn (ə) məhz Zihiccə ayının 8-də Məkkədən xaric olur və həcc zamanı Məkkədən çıxmağının bir çox səbəbləri var idi. Belə ki, Həzrətə (ə) xəbər vermişdilər ki, həcc mərasimi zamanı Yezid (lən) onu qətl etdirmək istəyir. İmam (ə) da Beytul-Həramın hörmətini saxlamaq niyyətilə və qanın tökülməməsi niyyətilə Məkkədən xaric olur. Ondan bunun səbəbini soruşan zaman buyurur: “Peyğəmbəri (s) yuxuda gördüm ki, mənə buyurur: “İraqa tərəf get, Allah səni qətl edilmiş görmək istəyir””.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031