Nobel mükafatçısı: "Oruc insanı cavanlaşdırır"
Mьəllif: admin1
Tarix: 17-05-2019, 12:04
Bцlmə: Xəbərlər
Nobel mükafatçısı: "Oruc insanı cavanlaşdırır"
Orucun mənəvi xeyirləriylə yanaşı, fiziki xeyirləri də əvəzolunmazdır.

Nobel komitəsi bildirir ki, oruc tutarkən yemək və içməkdən imtina etmək sağlamlıq üçün xeyirlidir.

"Deyerler.org"un "islam.ru" agentliyinə istinadən verdiyi xəbərə görə, oruc tutmaqla bədəndən zərərli maddələr xaric olur. Yaponiyalı Yoşinori Osumi, 2016-cı ildə otofaqiya mexanizmini kəşf etdiyi üçün tibb və fiziologiya sahəsi üzrə Nobel mükafatına layiq görülüb.

Mexanizmin prosesi zamanı, hüceyrələrin iştirakıyla bədəndə lazımsız və zərərli maddələrin tullantısı baş verir. Alimlər belə bir prossesin baş verməsini hələ 1960-cı illərdə aşkar etmişdir. Lakin bu kəşf axıra qədər öyrənilməmişdir.

Lakin 90-cı illərdə hər şey dəyişdi. Yoşinori Osumi tədqiqatlarında irəlləyişlər etmişdir. Onun nəzərinə görə, otofaqiya mexanizmi çoxlu genlər tərəfindən idarə olunur.

Orqanizm aclıq keçrirərkən stress halına düşür, bununla da otofaqiya mexanizmi işə düşür. Hüceyrələr əlavə enerji ala bilmir və daxili resurslarından istifadə etməli olur.

Proses zamanı yığılmış lazımsız maddələr və bakteriyalar yenidən emal edilməyə başlanır. Bioloqlar bildirir ki, otofaqiya qocalma prosesini zəiflədir və hətta hüceyrələri cavanlaşdırır.

Yeni yaranmış hüceyrələr orqanizmdən zədələnmiş zülalları xaric etməyə başlayır. Tədqiqatın nəticələrinə əsasən, oruc insan orqanizmi üçün misilsiz fayda daşıyır.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930