Oruc tutmağın tibbi faydaları
Mьəllif: admin1
Tarix: 4-06-2016, 10:26
Oruc tutmağın tibbi faydaları
Əslində bəlkə də mən səhv edib belə bir başlıq qoyuram, çünki oruc tutmaq yalnız Allah rizası üçün olmalıdır və Allahın əmri olaraq tutulan orucun inşallah ki heç bir ziyanı olmaz.
Siz Allahın əmri olaraq orucunuzu tutun.
Oruc bədənimizin və ruhumuzun təmizlənməyi deməkdir, əgər 30-50 il bundan əvvəl bütün dünya oruc tutmağa bir ikrah hissi ilə baxırdılarsa, indi bütün dünyada acqalma ilə müalicələr və aclıq mərkəzləri fəaliyyət göstərir.
İnsanın ən vacib orqanlarından biri qaraciyərdir, insan qaraciyərsiz 3 saniyədən artıq yaşaya bilməz. Qaraciyər üçün ən etibarlı effektiv müalicə üsullarından biri oruc tutmaqdır, qaraciyər enerji deposudur, oruc tutan zaman, yəni acqalmadan 6-7 saatdan sonra orqanizm qaraciyərdəki ehtiyyat enerjidən istifadə etməyə başlayır, bu zaman yüngül ürəkbulanma, halsızlıq ola bilər. Bu təbiidir, heç bir ziyanı yoxdur. Qaraciyər həm yenilənir, həm istirahət edir, həm də daxilindəki enerjini təzələyir. Aclıq zamanı xolesterin və triqliseridlərin səviyyəsi (damarların daxili divarını tutmuş yağlar) normallaşır.
Mədəaltı vəz xəstəliyindən (pankreatit) əziyyət çəkənlər üçün faydalıdır, çünki 6-7 saatdan sonra mədəmiz boş olduğundan fermentativ aktivlik aşağı düşür və demək olar ferment ifrazı olmur, bu zaman mədəaltı vəzi üçün özü-özünü bərpaetmə baş verir (çünki pankreatit zamanı mədəaltı vəzin öz şirəsi özünü yandırır). Aclıq zamanı mədəaltı vəzi istirahət edir, sonra isə daha yaxşı insulin ifrazına başlayır, şəkər xəstələri üçün bundan yaxşı nə ola bilər.
Orucluğun 10-cu günündən sonra insanın ağız suyu ifrazı artmağa başlayır və insan yeyəcəklərin dadını daha yaxşı bilir, yediyi yeməklərə bol ağız suyu qarışdığından mədə bağırsaq xəstəliklərinə daha az tutulur.
İnfarkt, Ateroskleroz kimi ürək xəstəliklərinin müalicəsi üçün oruc tutmaq əvəzolunmazdır. Oruclu olanda damarlarda qan həcmi azalır bu zaman ürək istirahət edir özünü yeniləyir, daha sonra hüceyrələr arası suyun azalması nəticəsində toxumaya təzyiq qüvvəsi aşağı düşür və sonda toxumalarımız təmizlənilir.
Oruc zamanı iftara yaxın bədənimizdə olan bütün enerji verən maddələr hamısı tükənir, sonunda damarların içindəki yağ toxuması parçalanmağa başlayır. Oruclu vaxtı ağızdan iy gəlməsinə baxmayaraq, orucdan sonrakı vaxtlarda ağız iyləri tamamilə yox olur, ağızdan iy gələnlər üçün oruc çox faydalıdır. Bəzən elə insanlar var ki dərilərindən çürümüş bir iy gəlir, belə insanlar üçün yeganə çıxış yolu oruc tutmaqdır.
Bu zaman damarların daxilindıki yığılıb qalmış artıq maddələr təmizlənilir və damarlar elastikləşir. Mütəmadi oruc tutan adamlar skleroz (yaddaşın tamam itməsi) xəstəliyinə tutulmaz. Oruc zamanı bizim oynaqlarımız duzlardan təmizlənir. Böyrək və öd daşlarının həcmi kifayət qədər kiçilir və təmizlənilir. Gündə 3 dəfə yemək zamanı bağırsaqlarımızın xovları arasını daşlar və şlaklar tutur (normal insanda 4-5 kq-a çatır). Oruc zamanı bunlar da bədənimizdən təmizlənir.
Oruc zamanı fermentativ aktivlik düşdüyündən mədənimizin iç divarı rahat bir şəkildə təzələnir, sanki mədəmiz yeni bir sezona hazırlaşır. Oruc zamanı mədəmizin həcmi kiçilir, buda çox yeməyin qarşısını alır. Oruc zamanı qanda şəkərin səviyyəsi aşağı düşür bəzi şəkər xəstələri şəkər iynəsi vurdurduğuna görə oruc tutmurlar, bu səhvdir aclığın 10-12 saatından sonra qanda şəkərin səviyyəsi aşağı düşməyə başlayır sadəcə şəkər xəstələri 2-3 gün əziyyət çəkə bilərlər, sonra heç bir problem olmaz inşallah.
Arıqlamaq istəyənlər üçün ən gözəl vaxtdır yay fəslinin orucu. Oruc zamanı adrenalin və kortizon kimi fermentlərin qanda miqdarı aşağı düşdüyündən hüceyrələrimizin xərçəng riskinə tutulma ehtimali aradan qalxmış olur.
Oruc zamanı insanın beyni qanla daha yaxşı təchiz olunur, bu da bizim yaddaşımızın və diqqətimizin artmasına vəsilə olur. Əlləri və Ayaqları çox tərləyənlər üçün oruc bir fürsətdir, çünki bu zaman simpatik və parasimpatik sinir sisteminin bir-birinə uyğunsuz fəaliyyəti aradan qalxır.
Oruc zamanı bədənimiz su almadığından böyrəklər və tər vasitəsilə su xaric olduğundan yüksək təzyiqdən əziyyət çəkənlər şəfa taparlar inşallah. Əgər bağırsaqlarımız təmizlənirsə, onda bağırsaqların filtr fəaliyyəti bərpa olur, bu zaman qana böyük yağ hüceyrələrinin və antitellərin qarışımı azalacaq və bizim immun sistemimiz qaydasına düşəcək inşallah.
Oruc həm də nəfisin tərbiyyəsidir, baxmayaraq ki, ramazanda şeytanlar zəncirlənir, amma yenə də insanlar arasında pisliklər davam edir, bax elə insanlar daimi yırtıcı nəfislərinin təsiri altında olurlar.
Oruclu insanın qəlb də, ruhu da həmişə yüksək olur, beləki insan sanki həm bu, həm də axirət həyatı üçün sığortalanmışdır.
Oruclu zamanı insan mənasız, lazımsız hərəkətlər etmir, qeybət və xırdaçılıqdan uzaq olduğu üçün əsl insan kimi mükəmməlləşir. Oruc dünya və axirətdə qula, ruh və cismin verdiyi rahatsızlıqlara bir qalxan olunca Allah c.c. belə buyurmuşdur: “Ey iman edənlər, sizdən öncəkilərə oruc fərz qılındığı kimi sizə də oruc fərz qılınmışdır.”
Gəlin yaşamaq üçün yeyəyin, mədəmizin əsiri olmayaq, ac qalaq ki acların qədrini bilək inşallah.
Fizulihuseynov.com

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930