İsveçli gənc xanım İmam Rzanın (ə) hərəmində İslam dinini qəbul etdi
Mьəllif: admin1
Tarix: 1-04-2019, 13:07
Bцlmə: Xəbərlər
İsveçli gənc xanım İmam Rzanın (ə) hərəmində İslam dinini qəbul etdi
İsveçli gənc xanım İmam Rzanın (ə) ziyarətgahında İslam dinini qəbul edib.

Deyerler.org Asdan News-a istinadən xəbər verir ki, müsəlman dostunun vasitəsilə İslam dini ilə tanış olan isveçli gənc xanım, Məşhəd şəhərində İmam Rzanın (ə) pak hərəminə təşrif gətirərək, İslam dinini qəbul etmək şərəfinə nail olub.

İslam dinini mənimsəməsi ilə bağlı açıqlama verən isveçli xanım, İslamı daha yaxından tanımaq məqsədilə İrana səfər etməyə qərar verdiyini bildirib: “İranın müxtəlif şəhərlərini gəzdim və Məşhəd lap əvvəldən gəlmək istədiyim şəhər idi və bir qüvvə məni İmam Rzanın (ə) ziyarətgahına çəkirdi.

Bu mənəvi səfərdə Qüds Rəzəvi ostanının xarici ziyarətçi işləri idarəsinin mütəxəssisləri ilə tanış olduqdan sonra İslam ilə bağlı məlumatım daha da artmış oldu və apardığım dini məsləhətlərdən sonra müsəlman olmaq üçün öz qəti qərarımı verdim”.

İsveçli yeni müsəlman xanım açıqlamasını belə davam etdirib: “Həqiqəti kəşf etmək və ən yaxşı yolu tapmaq üçün ürəkdən bir qüvvə məni bu məkana istiqamətləndirib”.

Mərasimin sonunda isə Qüds Rəzəvi ostanının xarici ziyarətçi işləri idarəsi tərəfindən isveçli yeni müsəlman xanıma bir cild Quran kitabı, səccadə və çarşab hədiyyə edilib.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031