Gürcü xanım İmam Rzanın (ə) hərəmində İslam dinini qəbul etdi
Mьəllif: admin1
Tarix: 9-04-2018, 20:49
Bцlmə: Xəbərlər
Gürcü xanım İmam Rzanın (ə) hərəmində İslam dinini qəbul etdi
İlk dəfə Məşhəd şəhərində İmam Rzanın (ə) mütəhhər hərəminə gələn Gürcüstanlı xanım Qüds Rəzəvi ostanının xarici ziyarətçi işləri idarəsində kəlimeyi-şəhadət deyərək, cəfəri fiqhi elmi əsasında İslam dinini qəbul edib.

Deyerler.org xəbər verir ki, Gürcüstanın paytaxtı Tiflis şəhərinin sakini olan 19 yaşlı gürcü xanım Mariya Cavaxişvili Asdan News-a müsahibə verib.

Bir xristian ailəsində dünyaya gəldiyini və uşaqlıqdan etibarən İslam dini ilə tanış olduğunu bildirən gürcü xanım, İslam dinini qəbul etməsilə bağlı delə danışıb:

“Mənim nənəm xeyli illər əvvəl İslam dinini qəbul etmişdi. O, öz dini vacibatlarını və ibadətlərini yerinə yetirərək, mənim də bu dini seçməyimə səbəb olmuşdur.

Bundan başqa mənim bəzi dostlarım müsəlmandır, ancaq mən bir iranlı ailənin həyat tərzi və ənənələri ilə yaxından tanış olmağımdan sonra, İslam dinini qəbul etmək barədə qərar verdim”.

Müsəlmanların bir-birilə yaxşı rəftarları və onların ibadətə bağlılığının İslamı qəbul etməsində mühüm amil olduğunu qeyd edən Mariya, İslam ilə bağlı biliklərini artırmaqla İslam dininin həqiqətini daha çox dərk etməyə çalışdığını bildirib.

Hicab geyindiyi üçün özünü çox xoşbəxt hiss etdiyini deyən gürcü xanım, belə bildirib: “Hicaba öyrəşməsəm də, bu baş örtüyü ilə özümü daha rahat və daha gözəl hiss edirəm”.

Qüds Rəzəvi ostanının xarici ziyarətçi işləri idarəsi tərəfindən yeni müsəlman olan gürcü xanıma Qurani-Kərimin rus dilində tərcüməsi, səccadə və bəzi digər mədəni hədiyyələr təqdim olunub.






Deyerler.org
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031