Yeni Zelandiyanın baş naziri hicab geyinməsinin səbəbini açıqladı
Mьəllif: admin1
Tarix: 27-03-2019, 22:14
Bцlmə: Xəbərlər
Yeni Zelandiyanın baş naziri hicab geyinməsinin səbəbini açıqladı
Yeni Zelandiyada baş verən məscid hücumlarından sonra qətiyyətli davranışı və birləşdirici mövqeyi ilə təqdir olunan Casinda Ardern, müsəlman cəmiyyətinin özünü güvəndə hiss etməsini istədiyi üçün hicab geydiyini açıqlayıb.

Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Avstraliyada yayımlanan Channel 10-a müsahibə verən baş nazir Ardern, müsəlman qadınların özlərini etibarda hiss etmədiklərini, bunun üçün də hicab geydiyini deyərək, onlara dəstək verdiyini qeyd edib.

Bu barədə demək olar ki, heç tərəddüd etmədiyini deyən Ardern, belə danışıb: “Mənim üçün edilməsi lazım olan ən uyğun şey aydındır”.

Hicab geyinməsilə insanlara ümid etdiyindən daha çox təhlükəsizlik hissini verdiyini hiss etdiyini bildirən Ardern, belə davam edib: “Müsəlman birliyinə aid olan qadınların təhlükəsizlikdə hiss etmədiklərini bir anlıq düşündüm. Əgər hicab geyərək onlara inanclarını yerinə yetirməyə davam etmələri istiqamətində bir zəmanət verə bildimsə, bunu etdiyimə görə şadam”.

Müsəlman cəmiyyətinin liderləri ilə tez-tez görüşən, anım və cənazə mərasimlərində hicab geyinən Ardern, hücumlardan sonra parlamentdəki ilk iclasda da “Salam aleykum” deyərək başlamışdı. Ardernin anım mərasimindəki qısa çıxışını Həzrət Məhəmmədin (s) hədisi ilə başlaması da diqqətə səbəb olmuşdur.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930