İmam Sadiqin (ə) həyatı ilə bağlı çəkilmiş tarixi serial yayımlanacaq
Mьəllif: admin1
Tarix: 10-05-2018, 14:45
Bцlmə: Xəbərlər
İmam Sadiqin (ə) həyatı ilə bağlı çəkilmiş tarixi serial yayımlanacaq
Ramazan ayında İmam Sadiqin (ə) həyatı ilə bağlı çəkilmiş tarixi serial yayımlanacaq.

Maide.Az “IQNA”-a istinadən xəbər verir ki, cari ilin mübarək Ramazan ayında Küveyt şiələrinin istehsalı olan və İmam Sadiqin (ə) həyatından bəhs edən tarixi serial İranın “Əl-Kövsər” peyk telekanlından yayımlanacaq.

Serial İslam dünyasının önəmli bir tarixi hissəsini, Bəni-Ümməyə və Bəni-Abbasın xilafət savaşını ehtiva edən "Fəqihlərin imamı" adlı tarixi film 30 seriadır.

Serialda İslam tarixinin siyasi, iqtisadi və mədəni çalarları özünü göstərilmiş və həmin günlərin ictimai şəraiti tamaşaçılar üçün canlandırılmışdır.

Serialda İmam Məhəmməd Baqir (ə) və İmam Cəfər Sadiqin (ə) rollarını ifa edən oyunçuların üzü göstərilmir.

Sami Cənadinin senari müəllifi olduğu bu serial mübarək Ramazan ayında hər gecə Tehran vaxtı ilə saat 22:00-da efirə gedəcək. Serial həmçinin gündüz saatlarında saat 5:00-da və 14:00-da təkrar yayımlanacaq.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930