Peyğəmbər (s) və imam Əlinin (ə) yaxın səhabəsi Salman Farsi haqqında serial çəkilir
Mьəllif: admin1
Tarix: 27-11-2017, 21:44
Bцlmə: Xəbərlər
Peyğəmbər (s) və imam Əlinin (ə) yaxın səhabəsi Salman Farsi haqqında serial çəkilir
İslam Peyğəmbəri (s) və imam Əlinin (ə) yaxın əshabəsi Salman Farsinin həyatı haqqında serial çəkilir.

Maide.Az “jamnews”-a istinadən xəbər verir ki, hazırda seriyalın çəkilişi üçün hazırlıq işləri gedir. Belə ki, serialın ssenarisi yazılıb. Serialın çəkiliş aparılacağı bölgələr müəyyən olunub və yaxın 2-3 ay ərzində serialın çəkilişlərinə start veriləcəyi bildirilir.

Serial İran İslam Respublikasının Dövlət Televiziyasının sifarişi ilə tanınmış kinorejissor, “Muxtarnamə” serialının rejissoru olmuş Davud Mirbaqiri tərəfindən çəkiləcək.

Serialda Salman Farsinin həyatından – uşaqlıq illəri, gənclik illəri, İslam dinini qəbul etdiyi və Peyğəmbərlə (s) bir olduğu dövr, ölümündən - bəhs edilir.

40 seriadan ibarət olacaq filmin hər bölümü 50-55 dəqiqə olacaq.

Çəkilişlərin İsfahan əyalətində aparılacağı bildirilir.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930