Allah Rəsulunun (s) sevimli səhabəsi- Salman Farsi
Mьəllif: admin1
Tarix: 28-10-2017, 14:11
Allah Rəsulunun (s) sevimli səhabəsi- Salman Farsi
Mötəbər mənbələrə görə Salman fars əsilli bir səhabədir. O əvvəl Zərdüş dinində olmuş, sonra məsihiliyi qəbul etmiş, məsihi rahiblərindən dərslər almışdır. Daha sonra Şama səfər etmiş, bu sırada Bəni Kilab qəbiləsi tərəfindən tutulub əsir kimi satılmışdır. Sonra Bəni Quzeyfədən olan bir kişi ilə Mədinəyə gəlmiş, Peyğəmbərin (s) zühurunu eşidib, o Həzrətə (z) iman gətirmişdir. Sonra Allah Rəsulu (s) onu alıb azd etmişdir.

Salman Farsi ömrü boyu Peyğəmbərin (s) və Hz.Əlinin (ə) sadiq dostlarından olmuş və Allah Rəsulu (s) onu Əhli Beytdən (ə) biri kimi təqdim etmişdir. Bütün döyüşlərdə Peyğəmbərin (s) yanında olmuş, o Həzrəti (s) bütün varlığı ilə qurumuşdur. Xəndək döyüşündə xəndəyin qazılması Salman Farsinin təklifi ilə olmuşdur.

Salman Farsi səqifə hadisəsində iştirak etmiş, Səqifə tərəftarları ilə müxalif olmuşdur. Lakin Hz. Əlinin (ə) göstərişi ilə aşkar müxalifətdən çəkinmişir.

İkinci xəlifə Salmanı Mədain şəhərinə göndərmək istəyir. Salman Hz. Əlidən (ə) icazə aldıqdan sonra Mədainə vali kimi gedir və ömrünün axırına kimi orada yaşayır. O öz məişətini səbət düzəltməklə təmin edirdi.

Mənbələrə əsasən Salman uzun ömür sürmüş, hicri 36-cı ildə Mədaində vəfat etmişdir. Hz. Əli (ə) Mədinədən Mədainə gəlib o sadiq səhabəni qüsul-kəfən edib, öz əlləri ilə torpağa tapşırmışdır. Hazırda məzarı həmin şəhərdədir.

Allah Rəsulu (s) öz mübarək kəlimələrində Salmanı mədh etmiş, onu Hz. Əli (ə), Əbuzərlə bir arada tutmuş və cənnət bu 3 şəxsin intizarındadır deyə buyurmuşdur. Həmşinin Peyğəmbər (s)onu Əhli Beytdən (ə) bir hesab etmişdir.

Y.Nuriyev
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930