Köləlik və xristianlıqdan Əli (ə) aşiqliyinə və sərkərdəliyə gedən yol
Mьəllif: admin1
Tarix: 8-11-2016, 11:52
Köləlik və xristianlıqdan Əli (ə) aşiqliyinə və sərkərdəliyə gedən yol
Səhabənin Köləlikdən və xristianlıqdan Əli aşiqliyinə və sərkərdəliyə gedən yolu
İslaminSesi.info xəbər verir ki, bu gün səfər ayının 8-i Peyğəmbərin(s) tanınmış səhabəsi və həzrət Əlinin(ə) əsl ardıcılı Salman Farsinin vəfatı günüdür.

Salman Farsi hicri-qəməri tarixinin 36-cı ilində bu gündə vəfat edib. Vəfatı zamanı o İkinci xəlifə Ömər bin Xəttab tərəfindən Mədainə vali və sərkərdə təyin edilmişdi. Salman Farsi Mədainin valiliyini həzrət Əli(ə) ilə məsləhətləşəndən sonra qəbul etmişdi.

Onun doğum zamanı dəqiq məlum deyil. Ruzbə adlı bu səhabə İsfahanda (ya da Ramhurmuzda) dünyaya gəlib. Əkinçi ailəsində doğulub. Ailəsi və özüdə zərdüşt olublar. Lakin onun həqiqət təşnəsi olması həqiqi din və peyğəmbərin axtarışına çıxması ilə nəticələndi. İlk növbədə Mosul, daha sonra Hələb və Şamın digər kilsələrinə yollandı. Suallarına cavab tapa bilməyən Ruzbə daha sonra Ruma (Anadolu) yollandı. Lakin burada da o suallarına cavab tapa bilmirdi. Burada xristian keşişlərindən Hicazda sədəqə qəbul etməyən, hədiyyə qəbul edən, kürəyində peyğəmbərlik əlaməti olan peyğəmbərin zühur edəcəyi barədə eşitmişdi.

Bu onu rahat buraxmırdı. Azuqəsi və pulu olmamasına baxmayaraq Hicaza yollandı. O Hicaza gedən Bəni-Kəlb qəbiləsinin karvanına qoşuldu. Elə onların vasitəsilə də qul kimi satıldı.

Mədinəyə gələndə o peyğəmbər(s) barəsində eşitdi. Peyğəmbəri(s) dəfələrlə müşahidə etdi ki, sədəqə yemir, yalnız hədiyyə verilən zaman onu qəbul edir. O peyğəmbərin(s) kürəyində peyğəmbərlik əlaməti olan möhürü görəndə həmçinin peyğəmbərə vəhy edilən ayələri eşidəndə artıq dura bilməyib, özünü onun ayağına atdı.

Peyğəmbər(s) digər səhabələrin köməyi ilə Salmanı, 400 xurma ağacı əkmək, 40 ədəd qızıl pulu ödəməklə alıb, azad etdi.

Ruzbə deyir ki, Salman ləqəbini mənə elə peyğəmbər(s) verdi.

Salman bütpərəstlərlə döyüşlərdə mühüm hərbi məsləhətlər verirdi. Əhzab döyüşündə o peyğəmbərə(s) Mədinənin kənarında dərin və enli xəndəyin qazılması məsləhətini verdi və bu, bütpərəstlərin məğlubiyyətinin əsas səbəblərindən idi.

Salman İmam Əlinin(ə) ən yaxın tərəfdaşı idi. O, Səqifədə öz mövqeyini ortaya qoydu. Ömər bin Xəttab onu Mədainə vali seçəndə İmam Əli(ə) ilə məsləhətləşdi və İmam ona bu icazəni verdi.

Onun məzarı Bağdadın cənubunda Salman-Bak qəsəbəsindədir.

Sünni tarixçisi Bəlazuri Salmanın İmam Əlinin(ə) xəlifəlik haqda fikirlərini gətirir. Ondan yalnız birinə işarə edirik:

“Onlar əgər Əliyə(ə) beyət etsəydilər, göydən və yerdən bərəkətlər onlara yağardı” (Bəlazuri, Ənsabul-Əşraf, cild-1, səh-591)

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930