Xatəmul-Ənbiya Peyğəmbərimizin (s) möhürü
Mьəllif: admin1
Tarix: 17-04-2014, 00:09
Bцlmə: Məqalələr » Maarif
Xatəmul-Ənbiya Peyğəmbərimizin (s) möhürü


Rəsuli Əkrəm Peyğəmbərimiz (s) səmavi kitablarda peyğəmbərlik möhürü ilə bəhs edilir. Əhli-kitab arasında da axır zaman peyğəmbəri peyğəmbərlik möhürü ilə tanınır. Bu fəzilət yalnız Peyğəmbərimizə (s) nəsib olduğu üçün də bir möcüzədir. Peyğəmbərimizin (s) mübarək kürəyindəki peyğəmbərlik möhürünün olması haqda bir çox rəvayətlər vardır. Bu mövzuda Cabir bin Səmurə belə bir hədis rəvayət etmişdir: «Həzrəti Peyğəmbərimizin (s) çiyinləri arasındakı möhürü gördüm. Göyərçinin yumurtası boyda qırmızı bir ət parçası idi.» (Müslim, 4 cild, səh. 81)

Bir çox tarixçilərin qeyd etdiyi kimi, keçmiş din mənsubları axır zaman peyğəmbərinin, Məhəmməd (ə) xüsusiyyətlərindən biri kimi nübuvvət möhürünü qəbul edirdilər. Səlmani Farsinin müsəlman olmasıyla əlaqədar rəvayətlərdə bunu daha aydın görə bilərik. Səlmani Farsinin Vadil-Qurada bir yəhudiyə satılması ilə başlayan köləlik həyatı on dəfə satıldıqdan sonra onu ən son alan Mədinəli yəhudinin yanında Mədinədə davam etmişdir. Səlmani Farsi Mədinəni gördüyü an Əmuriyyə rahibinin Tövrat və İncildəki məlumatlarına isnad edərək, təsvir etdiyi yerin tam bura olduğu qənaətinə gəlir. Səlmani Farsi artıq axtardığı yeri tapmışdı. Növbə, qovuşmağı çox arzu etdiyi o, böyük şəxsi tapmağa gəlmişdi... Səlman səbirsizliklə axtardığı Peyğəmbəri gözləyərkən bir gün Həzrəti Məhəmməd (s) Mədinəyə hicrət etdiyini və bu məqsədlə də şəhərə giriş yolu üzərindəki Quba kəndində olduğu xəbərini alır. Onun həyatındakı bu ən həyəcanlı anları özü belə nəql edir:
- Bir gün sahibim ilə xurma bağlarında işləyirdik. Bir yəhudi qaçaraq yanımıza gəlib Allah Rəsulunun Mədinəyə gəlişindən duyduğu narahatlığı ifadə edərək:
- Allah Qəylə oğullarının bəlasını versin –deyərək müsəlanların Qubada Həzrəti Məhəmməd (s) ətrafında cəmləşməsini xəbər verdi. Mən də bu sözü eşidincə çox həyəcanlandım. Az qala xurma yığmaq üçün çıxdığım ağacdan yıxılacaqdım. O, yəhudiyə:
- Necə, necə? –deyə soruşanda sahibim mənə hirslənib sərt bir yumruq vuraraq:
- Bundan sənə nə? Sən öz işinlə məşğul ol –dedi.
- Heç nə, eləcə nə dediyini anlamaq istədim –cavabını verdim.
O gün axşam Peyğəmbərimizin (s) Qubada müsəlmanlarla bir yerdə olduqları evə gedən Səlmani Farsi Allah Rəsulunu (s) görəndə həyatı boyunca qaçdığı və o uca şəxsiyyətin hüzurunda olduğunu anlamışdı. Allah Rəsulu (s) haqqında Sivirihizarda rahibdən öyrəndiyi «Son Peyğəmbərin xüsusiyyətlərini» dəqiqləşdirmək üçün özü ilə gətirdiyi xürmadan Həzrəti Məhəmmədə (s) təqdim edib:
- Sizin yaxşı insan olduğunuzu öyrəndim. Yanımızda kasıb müsəlmanlar da var. Bu xurmaları sədəqə kimi sizə təqdim edirəm. Buna buradakılardan ən layiqlisi sizi görürəm- dedi.
Peyğəmbər (s) ona təqdim edilən xurmaları yeməyib dostlarına verir. Səlman öz-özünə:
- Bu, son Peyğəmbərin mənə öyrədilən xüsusiyyətlərindən biridir- deyib peyğəmbərin hüzurundan ayrılır. Həzrəti Peyğəmbər (s) Qubadan Mədinəyə gələndə Səlman yenə bir az xurma hazırlayıb onun yanına gedərək:
- Sədəqədən yemədiyinizi gördüm. Bu isə sizə vermək üçün hazırladığım hədiyyədir- deyib xurmadan verir. Allah Rəsulu dostlarını da dəvət edir və bu hədiyyəni qəbul edib birlikdə yeyirlər. Səlmani Farsi öz-özünə bu dəfə:
«Bu da mənə deyilən peyğəmbərlik əlamətlərindən ikincisidir»- deyir.
Sivirhizar rahibinin xəbər verdiyi «Son peyğəmbər»dəki xüsusiyyətlərdən üçüncüsünü də dəqiqləşdirmək üçün Allah Rəsulunu (s) təqib edən Səlmani Farsi bir gün səhabələrdən birinin cənazəsində onun Cənnətül-Baqi qəbiristanlığında əshabı ilə bir yerdə olduğunu görəndə, kürəyindəki peyğəmbərlik möhürünü görmək istəyir. Peyğəmbər (s) onun niyyətini başa düşüb köynəyini açanda parıldayan göyərçin yumurtası böyüklükdə peyğəmbərlik möhürünü görür və peyğəmbərimizə sarılıb böyük bir həyəcanla o möhürü öpür. (Tirmizi, «Şəmaili-Məhəmmədiyə», 1-cild, səh. 44-45)

Beyhəqinin rəvayətində isə deyilir: «Peyğəmbərlik möhürünün ətrafında inci kimi xallar var idi. Peyğəmbər (s) vəfat edəndə mübarək üzündə bir dəyişiklik görünmədiyindən əshabı onun vəfat edib-etmədiyi mövzusunda ixtilaf etmiş və şübhəyə düşmüşdülər. Əsma binti Ümeys Peyğəmbər (s) mübarək kürəyinə əlini çəkir. Peyğəmbərlik möhürünü tapa bilməyincə, Allah Rəsulunun vəfat etdiyini anladı. Çünkü peyğəmbərlik möhürü yox olmuşdu» (İbni Sad, Tabakatul-Kubra, 2 –ci cild, səh. 271), (Faruk Vural, «Şəmail», səh. 30)
Vəssəlamu əleykum və rəhmətullahi və bərəkatuhu.

Hazırladı: Məşədi Mirağa MUSTAFAZADƏ
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930