`Muxtarnamə`nin rejissorundan yeni tarixi film
Mьəllif: admin1
Tarix: 19-04-2018, 21:10
Bцlmə: Xəbərlər
`Muxtarnamə`nin rejissorundan yeni tarixi film
İslam peyğəmbəri həzrəti Məhəmmədin (s) ən üstün səhabələrindən olan Salman Farsinin həyatından bəhs edən yeni serial çəkiləcək.

Maide.Az "faktXəbər"-ə istinadla xəbər verir ki, filmin kinorejissoru "Muxtarnamə"nin müəllifi olan Davud Mirbaqiridir.

İranlı kinorejissor yerli mediaya açıqlamasında bildirib ki, 5 il ərzində çəkilməsi planlaşdırılan tarixi filmdə Salman Farsinin həyatının 3 hissəsindən bəhs olunacaq.

Birinci hissə peyğəmbər səhabəsinin Fars imperiyası, ikinci hissədə isə Bizans imperiyası zamanı başına gələn əhvalatlarından bəhs edəcək. Üçüncü hissə isə Salman Farsinin Məkkə və Mədinədə Həzrəti Məhəmmədlə (s) birgə dövrünü əhatə edəcək.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930