Sionist rejimi İranın qətiyyətli cavabını gözləsin – Təbrizin imam-cüməsi
Mьəllif: admin1
Tarix: 13-04-2018, 22:08
Bцlmə: Xəbərlər
Sionist rejimi İranın qətiyyətli cavabını gözləsin – Təbrizin imam-cüməsi
“Sionist rejiminin başçıları bilsinlər ki, onlar üçün ölüm həyatın sonu amma iranlı müsəlman gənclər üçün yeni həyatın başlanğıcı və iftixarlı həyat deməkdir. Onlar münasib məkan və zamanda şəhidlərin intiqamını görəcəklər.

İran müqavimət mehvərini möhkəmləndirmək, Amerikanın və sionist rejiminin hegemonluğunun qarşısında durmaq üçün yalnız bir bölgə və bir ölkə ilə kifayətlənməyəcək.”

İslaminSesi.info TasnimNews-a istinadla xəbər verir ki, bunu Təbrizin imam-cüməsi höccətül-islam Seyid Məhəmmədəli Ali-Haşim deyib.

Bundan öncə İslam İnqilabının Ali liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti də Dəməşqə səfəri zamanı şəhid edilən Sepah hərbçilərinə görə sionistlərdən intiqam alacaqlarını demişdi.

Sionist rejimi təyyarələri ötən həftə Suriyanın T-4 bazasını vuran zaman 7 iranlı hərbçi şəhid olmuşdu.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930