Əli Əkbər Vilayəti: “İran regionun ən güclü ölkəsidir”
Mьəllif: admin1
Tarix: 1-02-2018, 21:33
Bцlmə: Xəbərlər
Əli Əkbər Vilayəti: “İran regionun ən güclü ölkəsidir”
Ali dini rəhbərin beynəlxalq məsələlər üzrə ali müşaviri Əli Əkbər Vilayəti, Yaxın Şərqin dünyanın döyünən qəlbi olduğunu bildirərək, İranın bölgənin ən qüdrətli, güclü ölkəsi olduğunu bildirib.

Deyerler.org Parstoday-a istinadən xəbər verir ki, Ə.Ə.Vilayəti yanvarın 31-i Məşhəd şəhərində keçirilən Fələstin İntifadasına dəstək konfransında etdiyi çıxışında belə danışıb: “Amerikalılar son bir neçə il ərzində böyük Yaxın Şərq layihəsini həyata keçirməyə çalışdılar və bu ərazini Çinə qədər genişləndirməyi hədəf seçiblər. Liviya, Suriya, İran və Yəməndəki hadisələr də bu istiqamətdə baş verir”.

ABŞ-ın region ölkələrini parçalamağı planlaşdırdığını deyən Ə.Ə.Vilayəti, amerikalıların Suriyadakı son təşəbbüs və planlarının da bu istiqamətdə olduğunu deyib.

Amerikalıların Suriyanı parçalaya bilməyəcəklərini deyən Ə.Ə.Vilayəti, əksinə onların Fəratın şərqindən çıxarılacağını və ya Suriya xalqı tərəfindən oradan qovulacağını deyib.

Ali dini rəhbərin beynəlxalq məsələlər üzrə ali müşaviri Livanın Hizbullah hərəkatının da İranın köməyi ilə bu gün sionist İsrail rejiminin ordusunun komandirlərini müharibədən qaçmağa vadar edəcək bir gücə çatdığını bildirib. O, Qəzza müharibəsində isə sionist rejiminin Fələstin müqaviməti qarşısında çarəsiz vəziyyətə düşdüyünü vurğulayıb.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930