Əli Əkbər Vilayəti: “Amerikanın Suriyanı parçalamaq xəyalı baş tutmayacaq”
Mьəllif: admin1
Tarix: 8-02-2018, 21:22
Bцlmə: Xəbərlər
Əli Əkbər Vilayəti: “Amerikanın Suriyanı parçalamaq xəyalı baş tutmayacaq”
Ali dini rəhbərin beynəlxalq məsələlər üzrə ali müşaviri Əli Əkbər Vilayəti ABŞ-ın Suriyanı parçalamaq xəyalının baş tapmayacağını deyib.

Deyerler.org Parstoday-a istinadən xəbər verir ki, Əli Əkbər Vilayəti fevralın 8-i jurnalistlərə verdiyi açıqlamasında, İranın Suriyanın ərazi bütövlüyünü dəstəklədiyini qeyd edərək, Tehranın Suriya torpaqlarına qarşı istənilən təcavüzü qəbul etmədiyini vurğulayıb.

Amerikalıların Suriya torpaqlarını parçalamağa çalışdığını və Fəratın şərqində müstəqil Kürd dövlətini qurmaq və tanımaq üçün hazırlıqlar apardığını deyən Ə.Ə.Vilayəti, amerikalıların bu xəyalının baş tutmayacağını bildirib.

Ali dini rəhbərin beynəlxalq məsələlər üzrə ali müşaviri, suriyalı kürd xalqının böyük hissəsinin Suriyanın ərazi bütövlüyünə sadiq olduğunu və amerikalıların bu şeytani planının həyata keçməyəcəyinə inandığını deyib.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930