Hər 10 ölümdən birinin səbəbi siqaretdir
Mьəllif: admin1
Tarix: 6-04-2017, 21:00
Bцlmə: Xəbərlər
Hər 10 ölümdən birinin səbəbi siqaretdir
Yeni bir araşdırmaya əsasən, dünya miqyasında hər 10 ölüm halından biri siqaret çəkməyə görə baş verir. Bunların yarısı da təkcə dörd ölkədə, Çin, Hindistan, ABŞ və Rusiyada rast gəlinir.

Deyerler.org BBC-yə istinadən xəbər verir ki, tədqiqatçılar tütün məhsullarına on illərdir tətbiq edilən məhdudiyyətlərə baxmayaraq, əhalinin sayı artdıqca siqaret aludəçisinin sayının da artdığını qeyd edirlər.

Lancette jurnalında dərc olunan araşdırmada, siqaret şirkətlərinin aqressiv şəkildə yeni bazarları, xüsusilə də inkişaf etməkdə olan ölkələri hədəf seçdikcə siqaretdən qaynaqlanan ölüm hallarının artacağını qeyd ediblər.

Araşdırma qrupundan doktor Emmanuela Qakidu mövzu ilə bağlı belə danışıb: "Siqaretin mübahisəsiz zərərli təsirlərinin yarım əsrdən artıq bir müddətdir məlum olmasına baxmayaraq, bu gün dünyada hər dörd nəfərdən biri siqaret çəkir. Siqaret erkən ölüm və əlillikdəki ikinci ən böyük risk faktoru kimi qalmaqda davam edir".
"Xəstəliklər üzərində qlobal yük" adlı araşdırmada 1990-2015-ci illər arasında 195 ölkə və regionda siqaret çəkmək vərdişləri təhlil olunub.

Araşdırmaya görə, 2015-ci ildə təxminən bir milyard insan, hər dörd kişidən və hər 20 qadından biri siqaret çəkirdi. 1990-cı ildə isə bu nisbət hər üç kişidən və hər 12 qadından biri idi. Ancaq əhali artımı səbəbindən siqaret çəkmə faizi düşsə də, aludəçilərin sayı yüksəlib.

Yüksək vergi, xəbərdarlıq və maarifçilik
2015-ci ildə siqaretə görə 6,4 milyon ölüm halı qeydə alınıb. Bu say 1990-cı ilə nisbətən 4.7%-lik bir artım deməkdir.

Araşdırmaya görə, bəzi ölkələr yüksək vergi, qutulardakı xəbərdarlıqlar və maarifçilik proqramları aludəçilərə siqareti tərgitmək məsələsində müvəffəqiyyətli olmayıb.

25 illik müddətdə Braziliyada hər gün siqaret çəkən kişilərin nisbəti 29%-dən 12%-ə düşsə də, qadınlarda bu nisbət 19%-dən 5%-ə düşüb.

Ancaq Banqladeş, İndoneziya və Filippində hər hansı bir dəyişiklik baş verməyib.

Rusiyada isə qadınlar arasında siqaret aludəçilərinin sayı 4% artıb. Eyni tendensiyaya bəzi Afrika ölkələrində də rast gəlinməsi barədə xəbərdarlıq edilib.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930