Siqareti tərk etməyin ideal yolu
Mьəllif: admin1
Tarix: 16-03-2016, 11:38
Bцlmə: Xəbərlər
Siqareti tərk etməyin ideal yolu
Siqaret istifadəsi hər il 5,4 milyon insanı öldürür.
"Həkimlərin nəzərinə görə, siqareti atmaq şansları ən yüksək olanlar o kəslərdirlər ki, siqaretə birdəfəyə son qoymağa çalışırlar. Lakin gündəlik çəkilən siqaretlərin sayını tədricən azaltmaqla tərgitmək istəyənlər də bu cəhdlər uğursuz olur.”

İslaminSesi xəbər verir ki, bu barədə Böyük Britaniyanın Oksford Universitetinin alimlərinin keçirdiyi eksperimentlə bağlı yayılan məqalədə qeyd edilir.
"Başa düşmək vacibdir ki, bu nəticələr siqareti maksimum tez atmaq istəyən və bizdən məsləhətlər və nikotini əvəz edən müalicələr alan insanların iştirakı ilə alınmışdır. Onlara ən yaxşı variant kimi "nikotini birdəfəlik tərk etmək" kömək edirdi. Amma biz insanların siqareti atmağın mümkün olacağını təsəvvür belə edə bilmədiklərini də müşahidə etmişik. Hər-halda belə siqaret çəkənlərə siqaretin istifadəsini azaltmaları yaxşıdır." - deyə, Oksford Universitetindən Nikola Lindson-Hauli bildirib.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, siqaret istifadəsi dünyanın yaşlı əhalisinin ölüm hallarının 10 faizinin səbəbidir və hər il 5,4 milyon insanı öldürür. Bundan əlavə, ikinci dərəcəli siqaret çəkməyin fəsadlarından, əsasən də ağciyər toxumalarının iltihabı səbəbindən xroniki obstruktiv adlanan nəfəs yollarının getdikcə daralması xəstəliklərindən çoxlu sayda insan məhv olur.
Lindson-Hauli və həmkarları siqareti tərk etməyə cəhd göstərən 700 nəfəri müşahidə edərək siqaret çəkməyin tərki üzrə potensial optimal strategiya aşkarlayıb.
Alimlər könüllüləri iki qrupa bölüb - birinci qrupun üzvləri bu gün populyar olan tütündən tədrici imtina strategiyasına, digər qrupun üzvləri isə siqareti dərhal tamamilə tərk etmək yoluna riayət edib.
Dörd həftədən sonra alimlər eksperimentin nəticələrinin ara, 6 aydan sonra isə final yekunlarını müəyyənləşdirib. Eksperiment iştirakçılarının kifayət qədər çoxu tab gətirməyərək elə ilk əvvəldən yenidən siqaret çəkməyə başlayıblar.
Bir aydan sonra birinci qrupun üzvlərinin yalnız 39 faizi və ikinci qrup üzvlərinin təxminən yarısı siqaret çəkmirdi. Yarım ildən sonra isə "oyunda" yalnız ən mətinlər qalıb - birinci qrupdakı siqaret çəkənlərin yalnız 15, ikinci qrupun isə təxminən 22 faizi.
"Görünür ki, nəticələr arasındakı fərq siqaret çəkənlərin öz gündəlik siqaret dozalarını çətinliklə azaltmaları ilə bağlıdır. Bu, onları psixoloji baxımdan əlavə yükləyirdi ki, siqaretdən tam imtinadan qorxuda bilərdi. Ümumilikdə, belə də olurdu, çünki siqareti tam atmağa cəhd edən insanlar siqareti adətən bu və ya digər qrupda eyni müvəffəqiyyətlə tərk edirdilər" - deyə Linson-Hauli əlavə edib.
RİA Novosti-yə istinadən
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930