Ataları siqaret çəkən uşaqlarda bu xəstəlik yaranır
Mьəllif: admin1
Tarix: 5-10-2016, 14:48
Bцlmə: Xəbərlər
Ataları siqaret çəkən uşaqlarda bu xəstəlik yaranır
Norveçin Bergen Universitetinin alimləri araşdırmalar nəticəsində belə nəticəyə gəliblər ki, siqaret çəkən ataların uşaqlarında astma xəstəliyinin inkişafı riski, heç vaxt siqaret çəkməyən kişilərin uşaqları ilə müqayisədə bir neçə dəfə çoxdur. Keçmişdə siqaret çəkən, lakin uşaq dünyaya gələn zaman siqaretdən imtina edən kişilərin uşaqlarında da bu risk yüksək olur. Sputnik saglamolun.az-a istinadən xəbər verir ki, ataları 15 yaşına kimi siqaret çəkməyə başlayan uşaqlarda astmaya xüsusilə tez-tez təsadüf edilir. Həmçinin uşaqlarda astmanın inkişafı riski atalarında siqaret çəkmək "stajı" ilə də əlaqəlidir. Bu "staj" nə qədər çoxdursa, risk də bir o qədər də çox olur. Alimlərin fikirinə görə, siqaret çəkmək kişi spermasında pozulmalara səbəb olur ki, bu da gələcəkdə onun uşaqlarında astma xəstəliyinin riskinin artmasına səbəb olur.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930