Əgər insana bir çətinlik üz versə, o zaman onun səbəbini öz əməllərində axtarsın
Mьəllif: admin1
Tarix: 8-02-2016, 20:46
Əgər insana bir çətinlik üz versə, o zaman onun səbəbini öz əməllərində axtarsın

Bəzən bir xəstə həkimin yanına gedir və əli ilə ağzının sol tərəfindən olan yuxarı dişi göstərir. Onun ağrısından gileylənir. Ancaq həkim sanki bu sözü eşitməyibdir və onun ağzının sağ tərəfində olan dişini çəkir və bu zaman ağrı kəsir.
Biz demək istəmirik ki, ağrısızlıq bütün dərdlərin köküdür. Bəlkə bu həqiqətə işarə etmək istəyirik ki, yerlə göy insanın sağ və sol yanağı kimi bir-biri ilə bağlıdırlar. Ona görə də yer üzündə baş verən bir hadisə səmaya da təsir edər. (Tebyan)
Hud peyğəmbər (ə) öz ümmətinə buyurur: «Və ey mənim qövmüm, Rəbbinizdən bağışlanmaq diləyin, sonra Ona tərəf qayıdın (tövbə edin) ki, sizə bollu bulud və yağış göndərsin, sizin (cismani və maddi) gücünüzə bir güc də artırsın və (Ondan) günahkar kimi üz çevirməyin». (“Hud” 52).
Bəli, bu ayədən də göründüyü kimi, bəzən istiğfar etmək göyü buludlu edər və yağışın yağmasına səbəb olar. Bu, onu göstərir ki, yerlə göyün hadisələri bir-biri ilə bağlıdılar.
Hədislərimiz də bizlərə maddi çətinliyə düşən zaman və iqtisadi böhran zamanlarında istiğfar etməyi tövsiyə edirlər.
Qurani-Kərim buyurur ki, əgər bir insana bir çətinlik üz versə o zaman onun səbəbini öz əməllərində axtarsın. “Öz əlləri ilə etdikləri günahlara görə onlara bir ziyan yetişdikdə, dərhal (Haqqın rəhmətindən də) məyus olarlar”. (“Rum” 36).
Bu ayədən göründüyü kimi, insana üz verən müsibətlərin bir çoxu öz əməllərinin sayəsində baş verər.
Allah Təala Quranın başqa ayəsində buyurur: “İnsanların öz əlləri ilə etdikləri (böyük günahlar) üzündən suda və quruda fəsad(zəlzələ, tufan, qıtlıq, xəstəlik, müharibə, qətl, əmniyyətsizlik) aşkar olur”. (“Rum” 41).
Bəli, bu aləm – rabitə aləmidir. Zahirdə bu rabitələrin bir-biri ilə bağlılığı yoxdur. Ancaq batində yaxın və təsiredici rabitəsi vardır. Alim o insandır ki, bu rabitəni dərk etsin və Əhli-Beyt (ə) o insanlar idi ki, bu həqiqəti çox gözəl dərk edirdilər.
Bəzən insanlar deyir ki, nə edək ki, zəlzələlərin sayı azalsın. Əhli-Beytdən (ə) buyurulur: “O zaman ki, zinalar çoxalar, zəlzələlər də çoxalar”.
Bir nəfər nəql edir ki, həyat yoldaşı sağlam olduğu halda, bir gün bel ağrısından bədənini yuxarı qaldıra bilmirdi. Həkim nələrin baş verdiyini bilmirdi. Hacı Rəcəbəli Xəyyatı xatırlayır və onun yanına gedirlər. O, bu qadını görən kimi deyir: “Xanım! Elə bilirsən ki, bu dünya meşədir? Elə fikirləşirsən ki, hesab yoxdur? Niyə məsum övladının üzünə sillə vurursan? Məgər bilmirsən ki, Allah bu silləni sənə elə vurar ki, heç ayağa belə qalxa bilməzsən?! Gedin və övladınızı şad edən işlər görün ki, üzündə təbəssüm yaransın. Ancaq o zaman bu işinizin düyünü açılar”. Həmin şəxs nəql edir ki, biz bu arifin buyurduğu kimi etdik və həyat yoldaşımın beli düzəldi.
Bəli, bu dünya bir-biri ilə rabitədədir. Yerdə baş verənlərin göylərə və insanın axirətinə təsiri vardır. Ona görə də hər kəs öz əməlinə diqqət etsə, təbiət bəlalarınin və müsibətlərin sayı azalar. İnsan bilməlidir ki, onun əməlləridir ki, çətinliyə və müsibətə düşməyinə təsir qoyur.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930