İmam Əli (ə) duanın niyə qəbul olunmaması barədə
Mьəllif: admin1
Tarix: 21-12-2017, 22:10
İmam Əli (ə) duanın niyə qəbul olunmaması barədə

Dua - bizim ruh və fikrimizin ibadətidir. Dua - İlahi rəhmətin açarıdır. Allaha yaxınlaşmağa səbəb olar, insanı hacətlərinə çatdırar, şeytanın şərindən amanda saxlayar.

Bir nəfər İmam Əlinin (ə) yanına gəlir və duasını qəbul olmamasından şikayət edir. İmam ona buyurur: “Sizin qəlb və fikriniz 8 halda xəyanət etmişdir. Ona görə də duanız qəbul olmur.

1. Siz Allahı tanımısınız, ancaq haqqını əda etməməsiniz. Bu tanıma sizə fayda verməmişdir.
2. Siz Onun göndərdiyinə iman gətirmisiniz, sonra isə sünnətinə müxalifətlik etmisiniz. İmanınızın səmərəsi haradadır?
3. Kitabını oxumusunuz, ancaq ona əməl etməmisiniz. Demisiniz ki, eşitdim və itaət etdim. Sonra isə müxalifətlik etmisiniz.
4. Siz deyirsiniz ki, Allahın cəzasından qorxursunuz, ancaq elə işlər görürsünüz ki, sizi ona (cəzaya) yaxınlaşdırar.
5. Deyirsiniz ki, İlahi savaba əlaqəniz vardır. Ancaq elə işlər görürsünüz ki, sizi ondan uzaqlaşdırır.
6. Allahın nemətini yeyirsiniz, ancaq şükür haqqını əda etmirsiniz.
7. Sizə əmr etmişdir ki, şeytanın düşməni olasınız. Ancaq onunla dost olmaq üçün plan cızırsınız. Şeytanla düşmən olmaq iddiasındasınız, ancaq əməldə ona müxalifətlik etmirsiniz.
8. Siz insanların eyblərini üzdə qoymusunuz, öz eyblərinizi gizlətmisiniz. Bu halda duanızın necə qəbul olmasını gözləyirsiniz? Halbuki özünüz bu qapıları bağlamısınız? Təqvalı olun, əməlinizi islah edin. Əmr be-məruf və nəhy-əz-munkər edin ki, duanız qəbul olsun”.

Dua insana həyat çətinliklərində yardım etdiyi kimi, bəzən insan taleyini dəyişə də bilir. Dua çox sayda xoşagəlməz hadisələrin qarşısını alar. Ona görə də din alimləri dua etməyə bu qədər əhəmiyyət vermişdilər.

İmam Əli (ə) buyurur: “Dua - rəhmət açarı və qaranlıq çırağıdır”. Allah bəndəsinə buyurur ki, dua edin ki, Öz xəzinələrimin açarını sizə verim.
Həzrət İsa (ə) öz səhabələrinə buyurardı: “Haqq hər bir xeyrin və İlahi rəhmətin qapısıdır. Onun açarı isə duada, yalvarışda və əməldədir. Qapı açarı olmadan necə açıla bilər ki?!”.

İmam Əli (ə) Allaha yaxınlaşmağın yolunu dua etməkdə görür. O, buyurur: “Allah Təalaya yaxın olmaq Ondan istəməklədir. İnsanlara yaxın olmaq onlardan istəməyi tərk etməklədir”.

Dua bəlaları dəf edər. Həzrət Peyğəmbər (s) buyurur: “Bəla dalğalarını dua ilə qaytarın”. Həmçinin İmam Əli (ə) buyurur: “Dua ilə bəla dəf olunar”. Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman dua etmək azalar, bəla nazil olar”.

Dua xəstəliklərə şəfa verər. İmam Baqir (ə) Muhəmməd ibni Müslimə buyurur: “Səni hər dərdə şəfa verən əməldən agah edimmi?”. Muhəmməd deyir: “Bəli”. Həzrət (ə) buyurur: “Dua et”.

İmam Sadiq (ə) buyurur: “Dua, hər bir dərdin şəfasıdır”.

Yaxşı olar ki, dua edən zaman dəstəmazlı olasınız və üzü qibləyə dayanasınız. Onun əvvəlində və axırında salavat deyəsiniz. Başqalarına dua etməyi unutmayasınız. Ata və ananın övladına görə etdiyi dualar qəbul olar.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930