Mənfi xasiyyətləri aradan qaldırmağın 4 möhkəm yolu
Mьəllif: admin1
Tarix: 19-06-2017, 22:02
Mənfi xasiyyətləri aradan qaldırmağın 4 möhkəm yolu
Rəzil sifətləri aradan qaldırmaq üçün necə proqram quraq.
1. Vacibatlara əhəmiyyət vermək, xüsusilə də namazı əvvəl vaxtda qılmaq. "Allaha və Onun Peyğəmbərinə itaət edənlər (dünya və axirətdə) Allahın nemət verdiyi kəslərlə – peyğəmbərlər, doğruçular, şəhidlər, əməllərə şahid olanlar və saleh insanlarla – birlikdədirlər. Onlar gözəl dostlardır”. ("Nisa” 69). Bu ayə iman və təqva əhlinin kamil mərtəbəsini bəyan edir. O kəslər ki, Allaha itaət və Peyğəmbərin (s) əmrlərini yerinə yetirmək məqamında olar, əqidəsi və əxlaqı bəyənilən olar, səy və çalışması nəticəsində imanın yüksək dərəcəsinə nail olar və peyğəmbərlərə (ə) qoşular.
"Hər kəs Allaha və Onun Rəsuluna itaət etsə, həqiqətən, böyük bir səadətə nail olar”. ("Əhzab” 71). Bu vədə o kəslərə verilir ki, bütün saleh əməlləri yerinə yetirirlər və bütün günahlardan çəkinirlər. Çünki bu insanlar bütün varlıqları ilə Allaha və Peyğəmbərə (s) itaət edirlər. Allaha və Peyğəmbərə (s) itaət dedikdə isə vacibatları yerinə yetirmək və haramlardan çəkinmək nəzərdə tutulur.

2. Müstəhəblərə əhəmiyyət vermək, xüsusilə də Qurana yaxın olmaq, gecə namazı qılmaq və Allahın xəlqinə xidmət etmək. Həzrət Peyğəmbər (s) buyurur: "Həqiqətən, ürəklər üz çevirər və üz döndərər. Ona görə də nə zaman üz çevirsə, müstəhəbləri yerinə yetirin. Nə zaman üz döndərsə, vacibatları yerinə yetirməklə kifayətlənin”.

3. Günahdan çəkinmək, xüsusilə də haqqun-nasa səbəb olan günahlardan. O cümlədən: qeybət, töhmət, şayiə kimi.

4. Allahdan üzr istəmək və tövbə etmək. Yunisiyyə zikrini davamlı yerinə yetirmək.

لا اِلهَ الا اَنْتَ سُبْحانَکَ اِنّي کُنْتُ مِنَ الظالِمينَ

"Lə iləhə illə əntə, subhənəkə inni kuntu minəz-zalimin”.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930