Ən üstün pəhrizkarlıq – haramlardan çəkinmək və vacibatları yerinə yetirməkdir
Mьəllif: admin1
Tarix: 8-01-2015, 09:11
Nəfsini saxlamaq – nəfsini ram etmək və özünü yenidən qurmaqdır. Başqa sözlə desək nəfsinlə cihad və mübarizə aparmaqdır. (Tebyan)
Əmirəl-möminin (ə) buyurur: “Özünüzü yaxşı əxlaqa öyrədin, çünki o müsəlman ki, yaxşı əxlaqa malik olar – o şəxs kimi olar ki, gündüzləri oruc tutar və gecələri ibadət üçün qiyam edər”.
Həzrət Əli (ə) buyurur: “Hər kim özünü saxlamağı davamlı edəsə, fayda aparmış olar”.
İmam Əli (ə) Osman ibni Hənifə yazdığı məktubda buyurur: “Allaha and olsun! Nəfsimi elə saxlayaram və onu elə yetişdirərəm ki, yeməkdə bir parça çörəyə ki, əgər əldə edə bilsəm, şad olar. Xuruşda isə duzla qane olar”.
Ən üstün pəhrizkarlıq – haramlardan çəkinmək və vacibatları yerinə yetirməkdir


Dini haramlardan çəkinmək, dini və əxlaqi vəzifələri yerinə yetirmək - ən üstün pəhrizdir. Hədəfli şəkildə çətin əməlləri yerinə yetirmək qüdrətin artmasına səbəb olar. Lakin bu işin İslam dinində əhəmiyyəti yoxdur. İslam dinində ən çox əhəmiyyətə malik olan şey – Allah bəndəsi olmaq, təvqalı olmaq, ədəbə riayət etməkdir. Bu əməllərin hamısı İlahi qürbə çatmaq niyyətilə olar.

Nəfsini saxlamağın faydası odur ki, insan nəfsani istəklərini yatızdırar və ram edər. Həzrət Musa (ə) Xızr (ə) peyğəmbərdən ona nəsihət verməsini istəyir və o, belə buyurur: “Özünü səbir və mətanətə öyrət ki, günahdan nicat tapasan”.
Əmirəl-möminin (ə) buyurur: “Nəfsimə təvqa vasitəsilə çətinlik verirəm ki, böyük qorxu günündə amanda olum”.

Nəfsi saxlamaq iki hissəyə bölünür:
1. Dini. Islam dini bu əmələ zahidlik deyir. Meylinin əskinə əməl etməkdir. İmam Əli (ə) buyurur: “Ey insanlar! Zahidlik - yəni arzuların qısa olması”.
İmam Sadiq (ə) buyurur: “Dünyada zahid o kəsdir ki, dünyanın halalını hesabının qorxusundan tərk edər, aqibətin qorxusundan isə haramı tərk edər”.
2. Dini olmayan. Yuxarıda deyilənlərin əksinə olan hər bir əməldir. Bu əməllər İslam dini tərəfindən bəyənilmir.
Nəfsini saxlamaqda hədəf.

Nəfsini saxlamaq istəyən hər bir şəxs hədəfini bilməldiir və bu işi nə üçün etdiyinə diqqət etməlidir. Əgər hədəfi izzəti-nəfsini aradan aparmaqdırsa, bu, bəyənilməz əməl olar. Mömin üçün nəfsini saxlamaq və tərbiyə etmək əslində nəfsini tənbeh etmək olmalıdır. İbni Sina nəfsini saxlamağın üç hədəfini belə bəyan edir: “Allahdan qeyrisini yolunun üstündən götürmək, əmmarə nəfsi mütməyinə nəfsin əmri altına salmaq, batini paklamaq”.
İslam dini o pəhrizi bəyənir ki, dinin göstərişlərinə uyğun olsun, insan bədən sağlamlığını itirməsin və sağlamlığına ziyan dəyməsin.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930