Böyük arif Mərəşi-Nəcəfinin İmam Zaman ağa (ə.f.) ilə görüşü
Mьəllif: admin1
Tarix: 13-03-2021, 15:05
Böyük arif Mərəşi-Nəcəfinin İmam Zaman ağa (ə.f.) ilə görüşü
Böyük arif Mərəşi-Nəcəfi ağa nəql edir: “Nəcəfi-Əşrəfdə dini təlimləri və əhkamı öyrənməklə məşğul idim. Çox istəyirdim ki, İmam Zaman ağa ilə (ə.f.) görüşüm.

Ona görə də öz-özlüyümdə əhd etdim ki, 40 gecə “Səhlə” məscidinə gedib-gələcəyəm. Bu yolla Ağanı (ə.f.) ziyarət etmək istəyirdim.

Bu əhdimə 35 və ya 36 gecə idi ki, əməl etmişdim. Ancaq sonrakı gecə çox soyuq və küləkli idi. Dəhşətli bir gecə idi. Yol kəsənlərin qorxusundan getməyimi təxirə salmaq istəyirdim. Qəflətən arxamdan bir ayaq səsi eşitdim və çox qorxdum. Geri qayıtdım və səhra paltarını geyinmiş bir ərəb gördüm.

Mənə yaxınlaşıb, dedi: “Ey seyyid! Səlamun əleykum!”.

Bədənimdə olan qorxu tamamilə yoxa çıxmışdı, sakit nəfəs almağa başlamışdım. Mənim üçün təəcüblü idi ki, bu şəxs qaranlıqda mənim seyyid olduğumu haradan görmüşdü.

Buna baxmayaraq yol gedib, söhbət etməyə başladıq. O, mənə sual verməyə başladı: “Hara gedirsən?”.

Dedim: “Səhlə məscidinə.”

Buyurdu: “Nəyə görə?”

Dedim: “Vəliyyi-Əsrlə (ə.f.) görüşmək üçün”.

Bir qədər gedəndən sonra “Səhlə” məscidinin yaxınlığında yerləşən Zeyd ibni Suhan məscidinə çatdıq. Məscidə daxil olub, namaz qıldıq.

Sonra bu ərəb elə bir dua oxudu ki, sanki divarın bütün daşları onunla bu duanı təkrar edirdi və mən də özümdə bir inqilab hiss edirdim, ancaq sözlə onu deyə bilmirdim.

Duadan sonra ərəb buyurdu: “Seyyid sən acsan, yaxşı olar ki, yemək yeyəsən”. Əbasının altında saxladığı süfrəni çıxarır. Orada üç parça çörək və iki və ya üç dənə təzə xiyar var idi.

Sanki bağdan təzə dərilmişdi. Həmin vaxt qış idi və mən onu düşünmədim ki, bu qış fəslində bu təzə xiyarı haradan dərmişdir. Ağanın buyurduğu kimi şam etdik.

Sonra buyurdu: “Qalx, “Səhlə” məscidinə gedək”.

Məscidə daxil olduq və ağa məscidə daxil olma duası ilə məşğul idi, mən də onun etdiklərini təkrar edirdim. Özümdən asılı olmayaraq, şam və xüftən namazlarını da ona iqtida etdim. Başa düşmürdüm ki, bu ağa kimdir?

Bu əməlləri etdikdən sonra Həzrət buyurdu: “Seyyid, bu əməlləri edəndən sonra başqaları kimi Kufə məscidinə getmək istəyirsən, yoxsa burada qalırsan?”.

Dedim: “Burada qalıram”. Sonra İmam Sadiq (ə) məqamında oturduq. Ağaya dedim ki, çay, ya qəhvə və ya başqa bir şey istəyirmi?

Cavabında Ağa buyurdu: “Bütün bunlar həyatın fəslləridir və biz bu fəsllərdən uzağıq”.

Ağanın bu sözü mənə çox təsir etdi, o zaman ki, yadıma düşür, bədənim titrəyir. Bu söhbət təxminən iki saat çəkdi. Söhbət zamanı bəzi mətləblərə toxunduq ki, onların bəzilərini zikr edirəm:

1. İsitxarə ilə bağlı söhbət açıldı. Ağa sual verdi: “Ey seyyid, təsbih ilə necə istixarə edirsən?“

Dedim: “Üç dəfə salavat deyirəm və üç dəfə deyirəm: “İstixeyrullah birəhmətihi xeyrət fi afiyəh”, sonra təsbihi götürüb sayıram.

Əgər cüt gələrsə, pisdir, əgər tək gələrsə, yaxşıdır deməkdir”.

Ağa buyurdu: “Bu istixarədə qalmış məsələ vardır ki, sizə çatmamışdır. Bu da odur ki, əgər təsbihdə tək qalarsa, o dəqiqə yaxşılığa yozmayın.

İkinci dəfə həmin əməli tərk etmək üçün istixarə edin. Əgər cüt gələrsə, deməli əvvəlki istixarənin cavabı yaxşı deməkdir. Ancaq əgər tək gələrsə, deməli əvvəlki istixarədə orta hədd olmalıdır”.

2. Ağa namazlardan sonra hansı surələri oxumağı tövsiyə etdi. Belə ki, sübh namazından sonra “Yasin”, zöhr və əsr namazından sonra “Nuh”, məğrib namazından sonra “Vaqiə” və işa namazından sonra “Mulk” surəsini tilavət etmək yaxşıdır.

3. Sonra buyurdu: “Məğrib ilə işa namazları arasında iki rükət namaz qılmaq yaxşıdır. Birinci rükətdə istədiyin surəni və ikinci rükətdə isə “Vaqiə” surəsini oxuyursan. Bu namazdan sonra məğrib namazından sonra oxunacaq “Vaqiə” surəsini tilavət etməyə ehtiyac yoxdur”.

4. Beş vacib namazdan sonra bu duanı oxu: “Əllahummə sərrihni ənil-humumi vəl-ğumumi və vəhşətəl-sədri və vəsvəsəl-şeytani, birəhmətikə ya ərhəmər-rahimin”. ("Allahım, məni qəm-qüssədən, sinəmin vəhşətindən və şeytanın vəsvəsəsindən azad et").

5. Bu duanın rükuda oxunması yaxşıdır, xüsusilə də axırıncı rükuda: “Əllahummə salli əla Muhəmməd və Ali-Muhəmməd və tərəhhəm əla əcəzna və əğəsna bihəqqihim”.

6. Quranı oxumağı və onu varisi olmayan və ya olub yada salmayan Əhli-Beyt (ə) davamçılarına hədiyyə etməyi vurğulamışdı.

7. Ərəblərin əmmamə bağlamaq yolunu göstərdi və dinin də bunu bəyəndiyini buyurdu.

8. İmam Hüseynin (ə) ziyarətini vurğulamışdır.

9. Mənim haqqımda dua etdi və buyurdu: “Allah səni dinin xidmətçilərindən qərar versin”.

10. Soruşdum: “Bimirəm ki, aqibətim xeyrlidir? Görəsən Müqəddəs din Sahibinin yanında üzüm ağdırmı?”.

Buyurdu: “Aqibətin xeyrlidir və üzün ağdır”.

Dedim: “Bilmirəm ki, atam, anam və məndə haqqı olanlar məndən razıdırlar, yoxsa yox?

Buyurdu: “Onların hamısı səndən razıdırlar və sənə dua edirlər”.

Nəhayət məsciddən çıxdım, ancaq yola düzəlməmiş belə bir fikir zehnimə gəldi ki, bu ağa kim idi. Ona görə də geriyə qayıtdım, ancaq həmin ərəbi görmədim.

Bu zaman öz-özlüyümdə yəqin etdim ki, bu İmam Zaman ağa (ə.f.) idi. Ağlamağa başladım və o qədər ağladım ki, səhər açıldı.

Çünki aşiqin vüsalından sonra hicranı hiss etmişdim. Nə vaxt ki, o gecəni xatırlayıram, özümü itirirəm”.


(Deyerler.org)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031