Namazdan sonra ən yaxşı təqibatlar hansıdır?
Mьəllif: admin1
Tarix: 11-03-2021, 20:57
Namazdan sonra ən yaxşı təqibatlar hansıdır?
Şükür səcdəsini unutmayaq.
"(Ya Peyğəmbər) Elə ki (risaləti təbliğ etməkdən) azad oldun, (Allahın ibadətində) çalış! Və öz Rəbbinə rəğbət göstər!". ("Şərh" 7-8).

İmam Muhəmməd Baqir (ə) bu ayənin təfsirində buyurur: "Nə zaman namazdan ayrılsan, əyləşmiş halda dua et və Allahdan dünya və axirətin üçün istədiyini təmənna et. O zaman ki, duadan ayrıldın, Allah Təalaya diqqət et!".

Bəs ən yaxşı təqibat hansıdır?

Böyük ariflərdən biri buyurur: "Çox sayda hədisi tədqiq edərkən bu qənaətə gəlib çatmışam ki, ən yaxşı təqibat Həzrət Zəhranın (s.ə) təsbihidir.

Belə ki, namaz bitəndən sonra 3 dəfə Allahu Əkbər de və sonra "‌ ان الله و ملائکته یصلون على النبى یا ایها الذین آمنوا صلوا علیه و سلموا تسلیما" ("İnnəllahə və mələikətəhu yusallunə alən-nəbiyy. Ya əyyuhəl-ləzinə amənu, sallu aleyhi və səllimu təslimə" – "Həqiqətən, Allah və Onun mələkləri daim Peyğəmbərə salam (salavat) göndərirlər (Allah ona Öz xüsusi rəhmətini bəxş edir və mələklər onu vəsf və təqdis edirlər).

Ey iman gətirənlər, ona salam (salavat) göndərin və tamamilə (onun əmrinə) təslim olun" /"Əhzab", 56/) ayəsini oxumaq. Sonra 3 dəfə salavat demək və ondan sonra təsbihi demək. Bu, namazın ən kamil təqibatıdır".

Şükür səcdəsini unutmayaq.

Şükür səcdəsi namazdan sonra yerinə yetirilər. İmam Sadiq (ə) bu səcdənin əhəmiyyəti barəsində səhabələrinə belə buyurmuşdur: "Hər namazdan sonra şükür səcdəsi sənə və hər müsəlmana lazımdır. Onun vasitəsilə namazının dəyərini qaldırarsan və Allahı özündən razı edərsən.

Mələkləri təəccübləndirərsən. O zaman ki, bəndə namaz qılar, sonra şükür səcdəsi edər, Allah həmin bəndə ilə mələklərin arasındakı hicabı qaldırar, Sonra isə buyurar: "Ey Mənim mələklərim! Bu bəndəmə nəzər salın ki, vacibini əda etdi və Mənimlə əhdini tamam etdi.

Sonra da ona verdiyim nemətlərimə görə şükür etdi. Onun Mənim yanımdakı mükafatı nədir?", Mələklər deyərlər: "Allahım, onun mükafatı behiştdir". Allah buyurar: "Behiştdən sonra nədir?".

Mələklər xeyir işləri təklif edərlər və bu sual yenə verilər o zamana qədər ki, mələklər bütün xeyir işlərin adını çəkərlər. Allah bu sualı yenə verən zaman mələklər deyərlər: "Allahım, biz artıq bilmirik".

Allah buyurar: "Mən ona təşəkkür edərəm, necə ki, o, Mənə təşəkkür etdi. Öz fəzlimlə ona üz tutaram və rəhmətimi ona nişan verərəm"".

İmam Rza (ə) buyurur: "Vacib namazdan sonra səcdə etmək bəndənin Allah Təalaya təşəkkür etməsinə görədir ki, onu vacibini yerinə yetirməyə müvəffəq etdi. Onun ən az şəkli belədir: 3 dəfə deyəsən: "شُکْراً لِلَّهِ» ("şukran lilləh")".

Əziz İmamdan (ə) soruşurlar ki, onun mənası nədir? Buyurur: "Yəni, mənim səcdəm Allah üçündür. Ona görədir ki, məni vacibatımı yerinə yetirməyə müvəffəq etdi.

Deməli, şükür çoxalmağa səbəb olar. Əgər namazda nöqsan olarsa, bu səcdə ilə cubran olar".

Hədislərdə şükür səcdəsi üçün çox sayda zikrlər bəyan edilmişdir.

İmam Sadiq (ə) buyurur: "Namazqılan vacib namazlardan sonra ona vacibatlarını yerinə yetirmək tofiqi verdiyi üçün şükür etmək baxımından səcdə etsin və dediyi ən az şey 3 dəfə: "شُکْراً لِلَّهِ" ("şukran lilləh") deməkdir".

Şeyx Tusi yazır: "Şükür səcdəsi bir neçə yerdə yerinə yetirilər: Nə zaman bəndəyə nemət çatsa. Nə zaman bəla insandan uzaqlaşsa. Namazdan sonra".

İmam Kazımın (ə) səhabələrindən biri nəql edir: "İmam 3-rükətli namazdan sonra (məğrib namazı) səcdə etdi.

Həzrətə (ə) dedim ki, məğrib namazından sonra səcdə etdiniz? Buyurdu: "Məni bu cür gördün?".

Dedim: "Bəli". Buyurdu: "Bu səcdəni tərk etmə. Çünki onda dua etmək müstəhəbdir".

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031