İmam Zaman (ə.f) yolda qalan seyyidə nələri tövsiyə etdi?
Mьəllif: admin1
Tarix: 21-11-2021, 10:49
İmam Zaman (ə.f) yolda qalan seyyidə nələri tövsiyə etdi?
Seyyid Əhməd Ruşdi nəql edir: "1280-cı Hicri-Qəməri ilində Allah evini ziyarət etmək niyyətilə Rəştdən Təbrizə gəlmişdim. Orada bir minik kirayə edib, yoluma düzəldim.

İlk dayandığım yerdə mənimlə bərabər üç nəfər də var idi. Yolda bir nəfər bizə xəbər verdi ki, bir qədər sürətlə hərəkət edək ki, növbəti dayanacağa qədər olan yol təhlükəlidir və çalışın karvandan geri qalmayasınız.

Ona görə də sübhə bir neçə saat qalmış hərəkət etməyə başladıq. Bir neçə addım atmamış, hava qarışdı və qar yağmağa başladı. Yol yoldaşlarım başlarını bir şeylə bağlayıb, sürətlə hərəkət etməyə başladılar. Mən hər nə qədər çalışdım ki, onlara çatım - bacarmadım. Çarəsiz onlardan geri qaldım və atımdan yerə düşdüm.

Yolun kənarında əyləşib öz-özümə dedim: "Səhər açılana qədər burada qalıb, sonra əvvəlki dayanacağa geri dönərəm. Orada bir bələdçi tapıb karvana çataram”.

Qarşımda bir bağ gördüm ki, bağban əlindəki bellə ağacların üstündəki qarı təmizləyirdi. Məni görüb yaxınlaşdı və dedi: "Sən kimsən?”.

Dedim: "Yol yoldaşlarım gedib və mən qalmışam. Yolu da tanımıram”.

Mənə dedi: "Nafiləni qıl ki, yolu tapasan”.

Mən gecə namazının nafiləsini qıldım və bitirəndə, gəlib mənə dedi: "Getmədin?”.

Dedim: "Axı yolu tanımıram”.

Dedi: "Cameəni oxu”.

Mən bu ziyarəti əzbər bilmirdim və ayağa qalxdım və bu ziyarəti əzbər deməyə başladım. Yenə dedi: "Getməmisən, yenə buradasan?”.

İxtiyarsız ağlamaq məni tutdu və dedim ki, yolu tanımıram. Buyurdu: "Aşuranı oxu”. Bu ziyarəti də əzbərdən bilmədiyim halda, axıra qədər əzbərdən dedim.

Yenə gəlib dedi: "Getməmisən?”.

Dedim: "Yox, getməmişəm, səhər açılana qədər buradayam”.

Buyurdu: "Mən səni karvana çatdıraram”. Və gedib ulağına minib, belini də götürüb gəldi.

Mənə buyurdu: "Arxadan ulağa min”.

Mən ulağa minib, atımın yüyənin tutdum. Atım mənə itaət etmədi. Buyurdu: "Atın yüyənini mənə ver”.

Və sağ əli ilə onu tutub yola düzəldi. At təmkinlə itaət edirdi. O, əlini belimə qoyub buyurdu: "Siz niyə nafilə qılmırsınız? Siz niyə Aşuranı oxumursunuz? Siz niyə Cameəni oxumursunuz?”.

Yolu gedən zaman diqqət etdim ki, dairəvi şəkildə hərəkət edirdi və dövr edəndən sonra mənə buyurdu: "Çayın kənarında əyləşənlər sizin yol yoldaşlarınızdır.

Sübh namazı üçün dəstəmaz alırlar”. Mən ulaqdan düşüb, atıma minmək istədim, ancaq bacarmadım. O, ulaqdan düşdü və belini qara batırdı və ata minmək üçün mənə yardım etdi.

Atımın başını yol yoldaşlarıma tərəf döndərdi. Mən bu zaman öz-özümə düşünürdüm ki, bu kimdir ki, mənə bu qədər yardım etdi? Bu qədər tez bir zamanda məni yoldaşlarıma çatdırdı? Arxama çönüb baxanda, heç kəsi görmədim”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930