Bircə hərəkətlə yerin altından qızıl hasil edən İmam (ə)
Mьəllif: admin1
Tarix: 24-11-2019, 11:38
Bircə hərəkətlə yerin altından qızıl hasil edən İmam (ə)
Bütün peyğəmbərlər (ə) və onların vəsiləri möcüzə göstərməyə qadirdirlər. Bir fərqlə ki, vəsi peyğəmbər olduğunu iddia etməz.

Yunis ibni Zəbian nəql edir: “Biz İmam Sadiqin (ə) hüzurunda idik və Həzrət (ə) buyurdu: “Yerin xəzinələrinin açarı bizə əta olunmuşdur. Əgər mən ayaqlarımdan birinə desəm ki, sənin altında olan qızılları üzə çıxart (xaric edəcəkdir)”.

Bu zaman Həzrət (ə) mübarək ayağı ilə yerdə xətt çəkdi və əli ilə bir ovuc qızılı xaric etdi. Həzrət (ə) qızılları bizə verib, buyurdu: “Baxın ki, şəkk etməyəsiniz”.

Sonra bizə buyurdu: “Yerə nəzər salın”.

Biz baxan zaman gördük ki, çox sayda parıldayan qızıllar bir-birinin üzərində qərar tutmuşdur”.

Davud ibni Kəsir nəql edir: “Mən, İmam Sadiqlə (ə) birlikdə həcc üçün xaric olduq. Zöhrün əvvəl vaxtı idi. İmam (ə) mənə buyurdu: “Biz susuz və otsuz bir yerə daxil olmuşuq. O zaman ki, zöhr vaxtı gəlib çatar, bizi yolumuzdan xaric et!”.

Biz getdiyimiz yoldan xaric olduq və su olmayan bir yerə gəlib çatdıq. İmam (ə) mübarək ayağı ilə yerə işarə etdi və yerdən bir parça qara bənzər su çıxdı.

İmam (ə) dəstəmaz aldı və biz Həzrətlə (ə) namaz qıldıq.

Hərəkət etməyə hazır olan zaman mən bir budaq xurma gördüm. İmam (ə) buyurdu: “İstəyirsən bu budaqdan sənə xurma verim?”.

Dedim: “Bəli”.

Həzrət (ə) mübarək əli ilə həmin budağa vurdu və o, tərpəndi. Həmin budaq tez bir şəkildə hərəkət etdi və xurmalar yerə endi.

İmam (ə) xurmalardan mənə verdi. Sonra əli ilə həmin budağı sığalladı və buyurdu: “Əvvəlki halına geri qayıt!”.

Həmin budaq əvvəlki halına geri qayıtdı”. (Deyerler.org)




Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930