Həzrət Mövla (ə.f) balaca uşaq ikən halal ilə haramı ayırmaq dərsini verdi
Mьəllif: admin1
Tarix: 2-08-2018, 21:29
Həzrət Mövla (ə.f) balaca uşaq ikən halal ilə haramı ayırmaq dərsini verdi
Səyid ibni Abdullah Əşəri Əhli-Beyt (ə) davamçılarının tanınmış hədis deyənlərindən olmuşdur.

O, nəql edir: “Əhməd ibni İshaqa çoxlu suallarım vardı və onun ardınca gedəndə məlum oldu ki, səfərə çıxmışdır. Dayanmadan yola düzəldim.

Yolun ortasında ona rast gəldim və onunla görüşməyimin səbəbini söylədim. Dedim ki, həmişəki kimi sənə suallarım vardır. O, mənimlə görüşməkdən çox sevindi.

Mənə dedi: “Yaxşı ki, gəldim, yol yoldaşım olarsan. Mən İmam Həsən Əsgərini (ə) görmək üçün Samirraya gedirəm. Quranın təfsiri barəsində suallarım vardır.

Bir yerdə gedək və suallarımızın cavabını tapaq. Çünki əgər Ağanın (ə) görüşünə girə bilsək, sonsuz qəribəliklər dənizinə düşəcəyik”.

Elə ki Samirraya daxil olduq, birbaşa İmamın (ə) evinə tərəf yollandıq. İçəri girmək üçün icazə istədik və xidmətçilərdən biri bizi içəri apardı.

İçəri girən zaman elə bir gözəllik gördük ki, onu dillə təsvir etmək mümkünsüzdür. İmamı (ə) on dörd günlük Ay kimi parlayan və gözəl gördüm.

Qucağında əyləşən uşaq da özü kimi gözəl və nurlu idi. Saçları mübarək qulaqlarının üzərinə düşürdü.

Ağaya (ə) salam verdim, o, məktub yazmaqla məşğul olmasına baxmayaraq, mənə mehribanlıqla cavab verdi.

Əhməd ibni İshaq 160 kisə əmanəti ki, içərisində dirhəm və dinar var idi, Həzrətə (ə) verdi.

İmam Həsən Əsgəri (ə) üzünü uşağa çevirib buyurdu: “Oğlum! Əhli-Beyt (ə) davamçılarının hədiyyələrini təhvil al”.

Uşaq danışmağa başladı və dedi: “Mənim ağam! Məgər layiqdirmi ki, bu pak əllərimi haram qarışmış bu mallara vuram?”.

İmam Əhmədə buyurdu: “Ey İshaqın övladı! Kisədə olanları boşalt ki, oğlum halal ilə haramları ayırsın”.

Balaca uşaq onları bir-birindən ayırdı və haram olanların səbəbini bəyan etdi.

Kisələr sona çatan zaman İmam oğluna buyurdu: “Düz deyirsən, oğlum!”.

Bu zaman Həzrət (ə) Əhmədə xitab edərək buyurdu: “Bu pulların hamısını topla və sahiblərinə geri qaytar. Bizim onlara ehtiyacımız yoxdur. Sadəcə o qoca qarının parçasını gətir”.

Əhməd onu xurcunun dibinə qoymuşdu və çıxartmaq istəyəndə, İmam (ə) üzünü mənə çevirib buyurdu: “Ey Səyid! Sən nə üçün gəlmisən?”.

Suallarım olduğunu dedim.

Buyurdu: “O suallarını gözümün nuru olan oğluma ver”.

Mən suallarımı uşağa verdim və ondan kifayət qədər cavab aldım. O zaman ki, namaz vaxtı gəlib çatdı, bu zaman İmam Həsən Əsgəri (ə) oğlu ilə ayağa qalxdı və namaza hazırlaşdılar. Mən də onlardan icazə alıb, Əhmədin ardınca getdim. Ona çatan zaman gördüm ki, ağlayır. Səbəbini soruşdum və dedi ki, parçanı itirmişəm.

Dedim: “Narahat olma və get Həzrətə (ə) de”.

O, getdi və salavat deyərək geri qayıtdı. Onun üzü gülürdü.

Soruşdum: “Nə oldu?”.

Dedi: “İtən parça İmamın (ə) ayaqları altına salınmışdı və Həzrət (ə) onun üzərində namaz qılırdı”.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930