İmamdan (ə) soruşdum: “Bəs bu günbəzlər niyə pərdəsizdir?...”
Mьəllif: admin1
Tarix: 1-01-2016, 17:10
İmamdan (ə) soruşdum: “Bəs bu günbəzlər niyə pərdəsizdir?...”

Əbu Cəfər Təbəri, Davud Rəqqidən nəql edir: “Bir gün Mədinə şəhərinə gəldim və İmam Sadiqin (ə) evinə getdim. Ağlar üzlə əyləşdim. İmam (ə) mənə buyurdu: “Niyə ağlayırsan?”.
Dedim: “Ey Allahın Rəsulunun (s) oğlu! Bəziləri bizi incidirlər və deyirlər: “Siz Əhli-beyt (ə) davamçılarının bizdən heç bir üstünlüyünüz yoxdur və başqaları ilə eynisiniz””.
İmam (ə) buyurdu: “Onlar İlahi rəhmətdən məhrumdurlar və yalançıdırlar”.
İmam (ə) ayağa qalxdı və mübarək ayağını yerə vurdu və dedi: “Allahın izni və qüdrəti ilə icad ol!”. Anidən qırmızı rəngli gəmi görünməyə başladı və ortasında ağ rəngli dürr və gəminin başında bayraq var idi ki, üzərində yazılmışdı:
((لا إ له إ لاّ اللّه ، محمّد رسول اللّه ، علىّ ولىّ اللّه ، يقتل القائم الا عداء، و يبعث المؤ منون ، ينصره اللّه
Həmin anda başa düşdüm ki, gəminin içində dörd kürsü vardır ki, müxtəlif cəvahirlərdən düzəldilmişdir. İmam Sadiq (ə) o kürsülərdən birinə əyləşdi və iki oğlu Həzrət Kazımı (ə) və İsmayili öz yanında əyləşdirdi. Mənə buyurdu: “Sən də əyləş”. Hamımız kürsülərdə üstündə əyləşdik və İmam (ə) gəmiyə xitab edərək buyurdu: “Allah Təalanın əmri ilə hərəkət et”.
Gəmi süddən ağ və baldan şirin olan suda hərəkət etməyə başladı. Dürr və yaqutdan olan dağlara gəlib çatdıq. Bir adaya çatdıq ki, ortasında ağ rəngli günbəzlər var idi və İlahi mələklər orada toplaşmışdı.
Onlara yaxınlaşan zaman yüksək səslə dedilər: “Ya ibni Rəsulallah! Xoş gəlmisən!”.
Həzrət (ə) buyurdu: “Bu günbəzlər Ali-Muhəmmədə (ə) aiddir. Nə zaman onlardan biri vəfat etsə, bu tikililərdən birinə daxil olar, o müddətə qədər ki, Allah təyin etmiş və Quranda bəyan etmişdir”.
Sonra mübarək əlini suya saldı və bir qədər dürr və yaqut çıxartdı və mənə buyurdu: “Ey Davud! Necə ki, dünyanı istəyirsən, bu cəvahirləri götür”.
Dedim: “Ya ibni Rəsulallah! Mənim dünyaya meylim və rəğbətim yoxdur”. Onları dənizə atdı və sonra dəniz qumundan götürdü ki, müşkdən də xoş ətirli idi. Hamı onu iylədikdən sonra yenə dənizə atdı. Sonra buyurdu: “Qalxın ki, Əmirəl-möminin Əli ibni Əbutalibə (ə), Əbu Muhəmməd Həsən ibni Əliyə (ə), Əbu Abdullah Hüseyn ibni Əliyə (ə), Əbu Muhəmməd Əli ibni Hüseynə (ə), Əbu Cəfər Muhəmməd ibni Əliyə (ə) salam verək”.
İmamın (ə) əmri ilə hərəkət etdik və günbəzlərə tərəf getdik. İmam (ə) asılan pərdələri qaldırdı və Əmirəl-möminini (ə) müşahidə etdik ki, orada əyləşmişdi. Həzrətə (ə) salam verdik.
Başqa bir günbəzə daxil olduq, İmam Həsən Müctəbanı (ə) gördük və salam verdik. Beş günbəzə bu yolla gedib, hər bir İmama (ə) salam verdik. Bundan sonra İmam Sadiq (ə) buyurdu: “Adanın sağ tərəfinə nəzər salın”. Və nəzər salan zaman bir neçə başqa günbəzlər gördük ki, pərdəsiz idi.
Soruşdum: “Bəs bu günbəzlər niyə pərdəsizdir?”.
İmam Sadiq (ə) buyurdu: “Bunlar mənim və məndən sonrakı İmamlar üçündür. Adanın ortasına nəzər salın”. Və orada daha şəffaf və daha hündür bir günbəz gördük. İmam (ə) buyurdu: “Bu günbəz Ali-Muhəmmədin (ə) Qaiminə (ə.f) aiddir. Hazırlaşın ki, qayıdaq”.
İmam (ə) gəmiyə xitab edib buyurdu: “Allah Təalanın qüdrəti və əmri ilə hərəkət et”. Anidən özümüzü həmin (əvvəlki) məhəllədə gördük”.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930