Hər gün cürbəcür ibadətlər yerinə yetirmək yerinə, bir kiçik ibadəti davamlı olaraq yerinə yetirmək yaxşıdır
Mьəllif: admin1
Tarix: 27-08-2019, 22:54
Hər gün cürbəcür ibadətlər yerinə yetirmək yerinə, bir kiçik ibadəti davamlı olaraq yerinə yetirmək yaxşıdır
Hədislərdə oxuyuruq ki, hər kim bir ibadətə başlayarsa, ona davam etsin və dayandırmasın. İslam dini istəyir ki, insan hər gün cürbəcür ibadətlər yerinə yetirmək yerinə, bir ibadəti davamlı olaraq yerinə yetirsin və onu dayandırmasın.

Misal üçün, hər cümə axşamı gününün gecəsi “Kumeyl” duası oxuyursa və ya hər cümə günü Cəfər Təyyarın namazını qılırsa, yaxşı olar ki, bu ibadətini davamlı etsin. Həmin ibadət onun üçün mələkə halına düşsün.

Misal üçün, hansısa zikri söyləyər və dili həmin zikrə adət edər. Harada olursa-olsun, özündən asılı olmadan dili həmin zikri söyləməyə başlayar. Çünki həmin zikr onun üçün mələkə halına düşmüşdür. Bu mələkə – qalıcı bir adətdir. Allah bu cür adətləri sevir.

Allah Əllamə Təbatəbaiyə rəhmət etsin. Ona sual verilən zaman cavabını verərdi və dili yenə də hərəkətə gələr və zikr söyləyərdi.

Allahın ibadəti mələkə olmuş insan, bu halla dünyasını dəyişər. O, zikrə adət etdiyi üçün ölüm anında da Allahla olar, Onu yada salıb zikr edər. Əgər bu anda hər şeyi unudarsa belə, dili adət etdiyi zikri unutmaz.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930