İnsan “inşəallah!” deməyi unutsa, nə etsin?
Mьəllif: admin1
Tarix: 11-06-2023, 10:59
İnsan “inşəallah!” deməyi unutsa, nə etsin?
Qurani-Kərim buyurur: “Və heç bir şey barəsində «mən sabah onu mütləq yerinə yetirəcəyəm» demə (çünki yaradılış səbəbləri, hətta insanın iradə və istəyi, Allahın iradə və istəyindən asılıdır).

Yalnız (belə de: «Əgər) Allah istəsə (filan işi edəcəyəm»). Və («inşəallah» deməyi) unudanda, öz Rəbbini yada sal və de: «Ümid var ki, Rəbbim məni bundan daha yaxın (bir yol)a – təkamülə və haqqa doğru yönəltsin»”.
(“Kəhf” 23-24).

Biz insanlar adət etmişik ki, gələcək işlərimiz barəsində rahat hökmlər verək. Ancaq Allah Təala buyurur ki, ey Mənim bəndələrim! Belə etməyin. Çünki sizin bütün işlərinizin gələcəyi Mənim əlimdədir.

Əgər həmin işin olmasını istəyirsinizsə, onu Mənim iradəmə tapşırın və deyin “inşəallah!”. Yəni, əgər Allah istəsə, həmin iş baş verəcəkdir.

Bu ayə bizə bir daha qəflətdən uzaq olmağı öyrədir və buyurur ki, həyatınızın hər anında Allahı yada salmağı unutmayın və Onu hər yerdə və hər anda yada salın.

Bu mübarək ayədən çıxartdığımız nəticələr:

1. Danışan zaman Allahı unutmayın.

2. Özünüzü Allahdan müstəqil hesab etməyin.

3. Öz imkan və gücünüzə söykənməyin.

4. Bunu yadda saxlayın ki, hər an Allaha ehtiyaclısınız.

5. Hətta peyğəmbərlərin (ə) belə, bu sözü deməyə ehtiyacları var idi.

6. İlahi yardımlara ümid bəsləmək – möminin nişanələrindəndir.

7. Hidayətin mərhələləri vardır və onların hamısı da Allahın əlindədir.

8. Üstün tərəqiyyə çatmaq – peyğəmbərlərin (ə) arzusu olmuşdur.

9. Peyğəmbərlər (ə) üçün də hidayət yolunda tərəqqi pillələri mövcuddur.

10. Allahı davamlı olaraq zikr etmək – tərəqiyyə çatmağın ən qısa yoludur.
(Deyerler.org)

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031