Səfər edin. Əgər səfərdə mal əldə etməsəniz də, düşüncəniz mütləq güclənəcəkdir
Mьəllif: admin1
Tarix: 24-08-2019, 17:34
Səfər edin. Əgər səfərdə mal əldə etməsəniz də, düşüncəniz mütləq güclənəcəkdir
İnsan bu dünyaya ayaq basdığı gündən səfərdədir. Bu səfər zər aləmindən başlamışdır. Bu dünyada qonaqdır və əbədi səfər olan axirət üçün hazırlaşar.

Bu səfərin nümunələrini başqa şəhərlərə və ölkələrə gedən zaman müşahidə etmək olar. Səfərə çıxmaq o qədər mənəvi yükə malikdir ki, Qurani-Kərim dəfələrlə bunu tövsiyə etmişdir.

İmam Əli (ə) buyurur: “Böyüklük və dəyər axtarışı üçün vətənindən qürbətə yollan və səfərə çıx. Çünki səfərin beş faydası vardır: qəm və qüssənin aradan getməsi, həyat xəzinəsini əldə etmək, elm əldə etmək, (başqalarının) adətləri haqqında məlumat toplamaq, böyük insanlarla yoldaşlıq etmək”.

Böyük alimlər olan Şeyx Bəhayi, Sədi, Şeyx Kuleyni… səfərə çıxaraq elm və dinə böyük xidmətlər etmişdilər.

İslam tarixinin mənbəyi Həzrət Peyğəmbərin (s) Məkkədən Mədinəyə tərəf səfər etməsi ilə başlanmışdır. Bu da İslam dininin qürbətdən xaric olub ümumdünya dini olmasına səbəb olmuşdu.

Həzrət Musanın (ə) dini bir neçə səfərlə kamil olmuşdu. Mədainə səfər, Misirə səfər, Tura səfər…

Həzrət Xızırla (ə) Musanın (ə) səfəri bəşər mədəniyyətinin dəyərli miraslarındandır.

Səfərin faydaları.

Səfərə çıxan insanların xüsusi hədəfləri olur. O cümlədən:

1. Təbliğat. Quran buyurur: “(Bu möminlər) həmin tövbə edənlər, ibadət edənlər, həmdü-səna deyənlər, oruc tutanlar, (cihad və din elmi kəsb etmək üçün) səfər edənlər, rüku edənlər, səcdə edənlər, yaxşı işlərə dəvət edənlər, pis əməllərdən çəkindirənlər və Allahın (dininin əsas və qollarının) sərhədlərini qoruyanlardır. Bu möminlərə müjdə ver”. (“Tövbə” 112).

2. Səbri öyrənmək. Səfər insana çətinliklərə səbir etməyi öyrədər. Səfərə çıxan hər bir insan onun çətinlikləri ilə üzləşər və onların öhdəsindən necə gələcəyini öyrənər. Müvəqqəti olan bu çətinliklər insana səbir etməyi təlim verər.

3. Ağlın inkişaf etməsi. Səfər insanın ağlını inkişaf etdirər. Səfərə çıxan insan təbiətin gözəlliklərini görər və təfəkkür edər, müxtəlif millətlərlə tanış olar. Bu səfər insana kitab oxumaqdan daha çox təcrübə qazandırar və təfəkkür qüvvəsini inkişaf etdirər.

Həzrət Peyğəmbər (s) buyurur: “Səfər edin. Həqiqətən əgər səfərdə mal əldə etməsəniz də, düşüncəniz mütləq güclənəcəkdir”.

Səfərə çıxan zaman dua etməyi unutmayın.

İmam Rza (ə) buyurur: “Nə zaman səfərə və ya ondan qeyrisinə görə mənzilindən çıxdın, de: بِسْمِ اللّهِ آمَنْتُ بِاللّهِ وَتَوَکَّلْتُ عَلَی اللّهِ ما شاءَ اللّهُ لا حَوْلَ وَلا قُوَّةَ اِلاَّ بِاللّهِ

“Bismilləhi aməntu billəhi və təvəkkəltu aləllahi məşəallah lə həvlə və lə quvvətə illə billəh”.



(ahliman.info)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930