Ramazan ayında səfərə çıxmaq olarmı?
Mьəllif: admin1
Tarix: 22-03-2024, 15:05
Ramazan ayında səfərə çıxmaq olarmı?
Baxmayaraq ki, mərcəyi-təqlidlər səfərə çıxmağı caiz hesab edirlər, ancaq Ramazan ayında səfərə çıxmaq bəyənilməyən əməllərdəndir.

Quran buyurur: “Bir neçə gün! Odur ki, sizdən kim xəstə, yaxud səfərdə olsa, bir neçə gün (tutmadığı günlərin sayı qədər) digər günlərdə (oruc tutsun)”. (“Bəqərə” 184).

Bu mübarək ayənin mənası odur ki, müsəlmanlar iki dəstəyə bölünürlər: bir dəstəsi ölkələrində olurlar və bir dəstəsi isə səfərə çıxırlar. O kəslər ki, müsafirdirlər – oruc onlar üçün vacib deyildir. Ancaq onun qəzasını başqa aylarda yerinə yetirməlidirlər.

Hədislərə nəzər salanda görürük ki, Məsumlarımız (ə) ancaq zəruri olan halda səfəri caiz hesab edirlər.

İmam Əli (ə) buyurur: “O zaman ki, Ramazan ayı daxil olar, bəndə gərək səfərə getməsin. Çünki Allah Təala buyurmuşdur: “Ramazan ayı insanların bələdçisi, aşkar hidayət dəlillərinə malik və (haqq ilə batili bir-birindən) ayıran Quranın nazil olduğu bir aydır. Buna görə də sizdən bu ayı görən (öz vətənində olan) kəs, onu (o ayı) oruc tutmalıdır”. (“Bəqərə” 185).

İmam Sadiq (ə) buyurur: “O zaman ki, Ramazan ayı gəlib çatar, Allahın onda haqqı olar. Allah Təala buyurar: “Ramazan ayı insanların bələdçisi, aşkar hidayət dəlillərinə malik və (haqq ilə batili bir-birindən) ayıran Quranın nazil olduğu bir aydır. Buna görə də sizdən bu ayı görən (öz vətənində olan) kəs, onu (o ayı) oruc tutmalıdır”. (“Bəqərə” 185).

Ona görə də həcc və ümrəyə gedənlər, malının tələf olmasından qorxanlar, ya qardaşının həlak olmaq qorxusu olanlardan (ona nicat vermək üçün gedər) qeyrisinə səfərə çıxmaq caiz deyildir. Ancaq Ramazan ayının 23 gecəsi keçəndən sonra, hara istəsə səfər edə bilər”.

Bu iki hədisə diqqətlə nəzər salanda görmək olur ki, bu mübarək ayda ancaq əksər insanların səfərə çıxmaq haqqı vardır. Qalanları isə səfər bəhanəsi ilə oruclarını qəza edə bilməzlər.

Əlbəttə ki, bu hədislər ruzisini səfər yolu ilə qazananlara şamil olmaz. Yəni, bu insan ömrü boyu səfərdə olar və ruzisini səfər yolu ilə qazanar ki, onların hökmü tamamilə başqadır.

Burada söhbət Ramazan ayını tutmamaq bəhanəsi ilə səfərə çıxanlara şamil edilir. Dinimiz bu cür səfərləri məkruh hesab edir və bəyənmir.

Çünki Ramazan ayı – məhz orucluq ayıdır. Allah Təala müsəlmana bu ayda oruc tutmağı vacib buyurmuşdur. Hər kim bu vacibatdan qaçmağa çalışar, əlbəttə ki, özü ziyan çəkənlərdən olar.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930