Qurani-Kərimdə səfərə çıxmağın nümunələri. Səfərin faydaları
Mьəllif: admin1
Tarix: 18-03-2016, 20:39
Qurani-Kərimdə səfərə çıxmağın nümunələri. Səfərin faydaları

Quranda səfərə çıxan peyğəmbərlərin (ə) və keçmiş ümmətlərin hekayələri vardır ki, insanın maraq hissini oyadır. Quran hekayələrindən bəhrələnmək və ibrət götürmək, insanı daha təcrübəli və xoşagəlməz hadisələr qarşısında daha səbirli edir.
Həzrət İbrahim (ə) tarixin yazdığına görə, üç dəfə səfərə çıxmışdır.
1. Babuldan Şama tərəf hicrət etmişdir.
2. Şamdan Misirə tərəf.
3. Misirdən Şama qayıtmışdır.
Bundan başqa, Həzrət İbrahim (ə) Fələstinə və Məkkəyə də səfər etmiş, İsmayili (ə) Məkkədə qoymuşdur. “Və (İbrahim) dedi: «Həqiqətən, mən (öz qövmümün arasından) Rəbbimə tərəf hicrət edirəm. Odur yenilməz qüdrət və hikmət sahibi»”. (“Ənkəbut” 26).
“Biz ona və (qardaşı oğlu) Luta nicat verdik ki, aləmdəkilər üçün çox bərəkətli etdiyimiz yerə (peyğəmbərlərin göndərilmə mərkəzləri və səma dinlərinin yayılma məntəqəsi olan Şam torpaqlarına) doğru hərəkət etsinlər”. (“Ənbiya” 71).

Həzrət Yəqub (ə) övladlarının səfərləri.
Quranın ən gözəl hekayə adlandırdığı Həzrət Yusif (ə) dastanında Həzrət Yəqub (ə) övladlarının etdiyi səfərlərlə tanış oluruq. Quran ayələrinə görə, Yəqubun (ə) övladları üç dəfə səfərə çıxırlar.
1. İlk səfərləri Kənandan Misirə olur və yanlarında Binyamin olmur.
2. İkinci səfərdə Binyamini də aparırlar.
3. Üçüncü səfərdə hamı Yusifi (ə) görmək üçün Misirə gəlir.
Quran bu səfərlərin qoyduğu əxlaqi və ictimai təsirlərdən söz açmışdır. Bu səfərlərdən belə nəticə çıxartmaq olur ki, sağlam olmayan iqtisadi şəraitlə üzləşən zaman həmin yerdə qalıb əziyyət çəkmək yerinə səfərin əziyyətinə dözüb başqa ölkələrlə iqtisadi rabitələr qurmaq daha faydalı olardı. Bu rabitələri bərqərar etmək üçün də səfərə çıxmaq lazımdır.

Həzrət Musa (ə) və Xızr (ə).
Həzrət Musa (ə) Misirdə dünyaya gəlmişdir. Orada yeniyetmə və cavanlıq dövrünü keçirtmişdir. Qətəbi olan birini məhv etdiyi üçün Misirdən qaçmalı olur. Ona görə də Mədainə gəlir. İkinci səfəri Şüəybin (ə) qızı ilə evləndikdən sonra Mədaindən Misirə gedir. Bu səfərdə peyğəmbərlik məqamına çatır. Allah qardaşı Harunu ona yardım etmək üçün göndərir.
Musanın (ə) üçüncü səfəri Bəni-İsrayil ilə birlikdə Beytul-müqəddəsə tərəf olur.
Musanın (ə) ən çox bəhrələndiyi səfər – Xızr (ə) peyğəmbərlə etdiyi səfərdir. Bu səfərdən çıxara biləcəyimiz ən gözəl nəticə budur ki, elm öyrənmək və təcrübə yığmaq üçün əzm göstərib səfərə çıxmaq və onun çətinliklərinə dözmək lazımdır. Əziyyət olmadan xəzinə əldə olunmaz.
Beləliklə deyə bilərik ki, insan səfərə çıxan zaman baxmayaraq ki, çox sayda əziyyət və xoşagəlməz hadisələrlə qarşılaşır, ancaq mədəniyyətləri, ölkələri tanıması, onların adət və ənənələrini görmək, tanış olmaq, yaşadıqları təbii mühitlə yaxın olmaq insana çox sayda elm öyrədər və dünyagörüşünü genişləndirər, əvəzolunmaz təcrübələr yığmasına səbəb olar. (Erfan)

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930