Ramazan ayında qeyri-vacib səbəbdən səfərə çıxan adam kəffarə verməlidirmi?
Mьəllif: admin1
Tarix: 17-06-2018, 09:31
Ramazan ayında qeyri-vacib səbəbdən səfərə çıxan adam kəffarə verməlidirmi?
Ramazan 11 ayın sultanı, Allahın ziyafət ayıdır.

Bu ayın başdan-başa bütün günlərində oruc tutmaq insana həm dünyada, həm də axirətdə fayda verər. Əlbəttə, üzürlü səbəbdən oruc tuta bilməyənlər istisna olunur.

Ramazan günlərində zərurət olmadan səfərə çıxmaq günah deyil, amma məsləhət də görülmür. Xüsusilə, gəzmək, əylənmək məqsədi ilə orucdan qaçıb səfərə çıxmaq məkruhdur.

Hətta şəriətdə deyilir ki, əgər bir şəxsin səfəri günah səfər sayılırsa, o, səfərdə də oruc tutmalıdır.

Günah səfər deyərkən, günah məqsədi ilə, haram qazanc dalınca, haram əyləncələr üçün edilən səfərlər və s. nəzərdə tutulur.

Hər bir halda, vacib və ya qeyri-vacib səfərə çıxan adam kəffarədən azaddır, yalnız orucun qəzasını tutmalıdır.


(islam.az)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930