Bu dünyanın ən ağır yükü nədir?
Mьəllif: admin1
Tarix: 23-08-2019, 11:00
Bu dünyanın ən ağır yükü nədir?
Elə bir gün gələcəkdir ki, yer, onun üzərində gəzdirdiyi kafirlərdən bezar olacaq və titrəməyə başlayacaqdır. Kafirlər qorxaraq bir-birinə deyəcəklər ki, görəsən nə olub ki, yer belə titrəyir?

İnsanların hamısı Məhşər səhrasına yollanacaqdır. O kəslərin ki, üzlərinin nuru sağ tərəflərinə düşər, onlar İlahi ədalət məhkəməsinə tərə yola salınarlar.

Ancaq o kəslərin ki, qəlbləri zülmətli olduğu üçün heç bir nura malik olmazlar, həmin insanlara yalvararlar ki, onları da özləri ilə aparsınlar və onlar qaranlıq səhrada qalmasınlar.

Çox təəssüf ki, bu günün səy-küylü dünyasında həmin dəhşətli gün unudulmuşdur. Halbuki, bizə yaxınlaşmaqdadır.

Yer, Qiyamət günü şəhadət verənlərdən biri olacaqdır. Allah onun dilə gəlməsini əmr edəcəkdir və yer üzərində olan canlıların pis və yaxşı əməllərinə görə şəhadət verəcəkdir.

Yerin ən çox şikayət etdiyi insanlar – kafirlər olacaqdır. Yer kürəsi kafirləri o qədər sevmir ki, hətta öləndən sonra belə meyitlərinə özündə yer vermək istəmir və onları bayıra atır.

Bəli, ona görə deyə bilərik ki, Yer kürəsinin ən ağır yükü – Allaha küfr edənlərdir.

“Allaha necə kafir olursunuz, halbuki siz ölü idiniz (bədəninizi təşkil edən ilk maddələr bir-birinə birləşməmişdən və ruh üfürülməmişdən qabaq cansız hissələr idi), O, sizi diriltdi, sonra sizi öldürəcək və yenidən dirildəcək. Daha sonra isə Ona tərəf qaytarılacaqsınız”.
(“Bəqərə” 28).

Allah Təala bizləri bu durumdan amanda saxlasın.



(Deyerler.org)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930