İnsan bu halda hətta ehtiyacsız ola bilər
Mьəllif: admin1
Tarix: 26-02-2019, 10:46
İnsan bu halda hətta ehtiyacsız ola bilər
İmam Baqir (ə) buyurur: “Allah Davuda (ə) vəhy edir: “Davamçılarına de ki, hər biri Mənə itaət etmək üçün vəzifələnmişdir. Əgər Mənə itaət edərsə, Özümə lazım bilirəm ki, ona itaət edəm. Mənə itaət etməkdə ona yardım edəm.

Əgər Məndən bir şey istəyərsə – ona verərəm. Əgər Məni çağırarsa – ona cavab verərəm. Əgər Mənə pənah gətirərsə – ona pənah verərəm. Əgər Məndən hacət istəyərsə – onu ehtiyacsız edərəm.

Əgər Mənə təvəkkül edərsə – onu çirkinliklərdən qoruyaram. Əgər bütün xəlq onun əleyhinə plan cızarsa, ona dayaq olaram””.

Bu nurani hədisdə Allah Təbarəkə və Təala bizə ona yaxınlaşanların hansı fəzilətlərdən bəhrələndiyini saymış və İlahi rəhmətinin genişliyindən xəbər vermişdir.

Allah Təala buyurur ki, hər kim Ona yaxın olmaq istəyirsə, ilk növbədə Ona itaət etməlidir. Onun buyurduqlarını sorğu-sualsız yerinə yetirməlidir. Vacibatlarını ən yaxşı şəkildə icra etməlidir. Əgər belə olarsa, bəndə Ona yaxınlaşmağa başlayar və Allah da ona bu yolda yardım edər.

Allaha yaxınlaşan bəndənin əldə etdiyi fəzilətlər:

1. Allahdan nə istəyərsə, ona verər.

2. Allahı çağıran zaman, ona cavab verər.

3. Allaha pənah apararsa, ona pənah verər.

4. Əgər hacət istəyərsə, Allah onu ehtiyacsız edər.

5. Əgər Allaha təvəkkül edərsə, Allah onu çirkinliklərdən qoruyar.

6. Əgər bütün xəlq ondan üz çevirərsə, Allah onun dayağı olar.

Əgər bəndə həqiqətən də İlahi qürb məqamına çatarsa, onun üçün dünya və axirət bəlaları qorxulu olmaz. Çünki o, bəlanı başqalarının gördüyü kimi görməz.

Başqaları ona çatan hadisəni bəla kimi gördükləri halda, o nemət kimi görər. Allah bu bəndəyə öyrətmişdir ki, bu nemət onu Allah rizasına çatdırar.

Bu səbəbdəndir ki, Kərbəla hadisəsində müsibət hər nə qədər ağır olurdusa, İmam Hüseynin (ə) mübarək üzü daha çox parlayır və sevinirdi.

Allah bizlərə də bu məqamı nəsib etsin. Amin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930