Təvəkkülün 7 təsiri
Mьəllif: admin1
Tarix: 25-06-2018, 11:46
Təvəkkülün 7 təsiri
Ümidvar olmaq – həyatda müvəffəqiyyət qazanmağın rəmzidir. Ümidvar olmaq ruhiyyəsini gücləndirərək, hər cür ümidsizliklə mübarizə apara bilərik. Layiqli bəndə öz ehtiyaclarını və hacətini Allah Təalaya söyləyər.

Çarə yolunu da Ondan istəyər. Allah da Öz məsləhəti ilə onu bu çətinliklərdən xilas edər. Necə ki, Yunusa (ə) balığın qarnında nicat vermişdi.

Təvəkkülün gətirdiyi müsbət nəticələr:

1. Arxa və dayağa olan ehtiyac hissi bu yolla yerinə yetər və insan ruhi hüzur əldə edər. “Kim Allaha təvəkkül etsə, O, ona kifayət edər”. (“Təlaq”3).

2. Fikri büluğa çatmaq. İmam Əli (ə) səcdədə bu cür buyurur: “Sənə təvəkkül edirəm, təvəkkül edən kəs odur ki, bilir Sən hər şeyə qadirsən”.

3. Yerinə yetirəcəyi işə qarşı nikbin olmaq. Həzrət Peyğəmbər (s) Məkkədən Mədinəyə hicrət etmək istəyən zaman heç bir zaman aşkar şəkildə və plan cızmadan hərəkət etməmişdi.

Bir tərəfdən İmam Əliyə (ə) buyurmuşdu ki, düşməni çaşdırsın və yatağında səhərə qədər uzansın. O biri tərəfdən isə Allaha təvəkkül edərək, gizli şəkildə gecə vaxtı Məkkədən çıxır.

4. Ayıqlıq artar. İmam Əli (ə) buyurur: “O kəs ki, Allaha təvəkkül edər, şübhələrin qaranlığı ona aydın olar. Qələbə üçün lazım olanlar hazır olar və çətinlikdən xilas olar”.

5. Başqalarından ümidini üzmək. Allaha təvəkkül edən insan başqalarından ehtiyacsız olar. İmam Əli (ə) buyurur: “Ey insanlar! Allaha təvəkkül edin və Ona etimad bəsləyin. Çünki insanı Allahdan qeyrisindən ehtiyacsız edər”.

6. İlahi lütfə ümidvar olmaq. Əmirəl-möminin (ə) buyurur: “Necə qorxum, o halda ki, Sən mənim ümidimsən? Necə məğlub olum ki, Sən mənim dayağımsan?”.

7. Çətinliklər rahatlığa çevrilər. İmam Əli (ə) buyurur: “Hər kim Allaha təvəkkül edər, şübhənin qaranlıqları onun üçün aydın olar. Çətinliklərdən xilas olar”.

Hər kim Allaha təvəkkül edərsə, Allah onu şad edər. Hər kim Allaha təvəkkül edərsə, Allah ona kifayət edər. Allaha etimad bəsləmək möhkəm qaladır ki, ancaq imanlı və əmanətdar insan ora daxil ola bilər.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930