Həzrət Zəhranın (s.ə) çadrası 80 yəhudini hidayət etdi
Mьəllif: admin1
Tarix: 12-12-2022, 10:33
Həzrət Zəhranın (s.ə) çadrası 80 yəhudini hidayət etdi
Bir gün Əmirəl-möminin (ə) Zeyd adlı bir yəhudidən bir qədər arpa borc alır. Həzrət Zəhranın (s.ə) yun çadrasını borcun müqabilində girov kimi onun yanında qoyur.

Yəhudi o çadranı evinə aparır. O zaman ki, gecə olur, yəhudinin həyat yoldaşı çadra olan otağa gedir. Birdən o, həmin çadradan saçan nuru görür ki, bütün otağı işıqlandırmışdı.

Qadın bu heyrətli halı görüb, fəryad çəkir. Ərini çağırır və gördüklərini ona danışır.

Əri çox təəccüblənir. O, tamamilə yadından çıxarmışdı ki, Həzrət Zəhranın (s.ə) çadrası o otaqda idi. Otağa daxil olanda görür ki, çadra bir günəş kimi nur saçır və otağı işıqlandırır.

O, bu mənzərəni müşahidə etdikcə, daha çox təəccüblənir. Yəhudi, həyat yoldaşı ilə birlikdə bu xəbəri yayırlar.

Yəhudilərin 80 nəfəri çadranın bu nuruna görə iman gətirir və İslam dinini qəbul edirlər.

Onların qəlbləri İslam nuru ilə aydınlanır.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930