Həzrət Zəhranın (s.ə) son vəsiyyəti
Mьəllif: admin1
Tarix: 12-12-2022, 10:43
Həzrət Zəhranın (s.ə) son vəsiyyəti
Həzrət Fatimə (s.ə) üzünü İmam Əliyə (ə) çevirib buyurdu: “Uzun müddətdir ki, qəlbimdə vəsiyyətləri saxlamışam”.

İmam (ə) buyurdu: “Ey Allah Peyğəmbərinin (s.ə) qızı! Nə istəyirsənsə, vəsiyyət et!”.

Bu zaman yanında əyləşdi və otağı başqalarından xəlvət etdi.

Xanım (s.ə) buyurdu: “Ey əmim oğlu! Evli olan zaman məni heç bir zaman xain və yalançı görməmisən. Müştərək həyatımızın əvvəlindən səninlə səfa və vəfa yolunu getmişik”.

İmam (ə) buyurdu: “Allaha pənah olsun ki, düz deyirsən! Sən ən bilikli, ən yaxşı, ən təqvalı idin. Sən hər kəsdən əziz idin. Mən səninlə müxalifətlik etməkdən çəkinirdim. Sənin ayrılığın və yoxluğun mənim üçün ağırdır. Çünki dözməkdən başqa çarəm yoxdur və ona dözürəm. Allaha and olsun ki, Peyğəmbərin (s) müsibəti mənim üçün təzələndi”.

Bu sözlərdən sonra ağladılar və İmam (ə) Xanəm Zəhranın (s.ə) mübarək başını sinəsinə sıxdı və buyurdu: “Fatiməcan! Nə vəsiyyətin varsa, et və mən onu yerinə yetirməyə çalışacağam. Sənin işini öz işimdən üstün bilirəm”.

Xanım (s.ə) dua etdi və vəsiyyət etdi ki, ondan sonra Əmamə ilə evlənsin, çünki övladlarına daha yaxındır. Vəsiyyət etdi ki, cənazəsini planlaşdırdığı tabuta qoyub, sonra dəfn etmək üçün aparsınlar. Ona zülm edən heç kəs cənazəsində hazır olmasın. Onlar onun üçün namaz qılmasınlar.

Xanım (s.ə) buyurdu: “Mənə gecə qüsl ver və gecə kəfənlə və gecə dəfn et. Əlican! Övladlarım yetim olacaqlar. Onlara mehribanlıq et və ürəklərini al”.

Həzrət Fatimeyi-Zəhradan (s.ə) yazılı şəkildə kiçik bir vəsiyyət qalmışdır ki, Məclisi “Buharul-ənvar”da onu yazmışdır. Tərcüməsi belədir: “Bu vəsiyyət Peyğəmbərin (s) qızı Həzrət Fatimədəndir (s.ə).

O, Allahın tək olmasına və Muhəmmədin (s) risalətinə şəhadət verir. Şəhadət verir ki, behişt və cəhənnəm haqdır. Qiyamət gələsidir və onda şəkk yoxdur.

Allah o kəsləri ki, bir gün qəbirlərdə yatızdırmışdır, məbus edəcəkdir.

Ey Əli! Mən Peyğəmbərin (s) qızı Fatiməyəm! Allah məni sənə dünya və axirətdə həyat yoldaşı olmaqla iftixarlandırmışdır. Mənim tövbəm başqalarından daha layiqlidir. Mənə gecə qüsl ver, kəfənlə və dəfn et. Heç kəsi ondan xəbərdar etmə.

Səninlə xüdafizləşir və Qiyamətə qədər övladlarıma salam göndərirəm”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930